İnstitutumuzun əməkdaşı iqlim dəyişmələri üzrə Beynəlxalq Konsultativ Ekspert Qrupu tədbirlərinin iştirakçısı olub 2017-09-29 01:11:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Umayra Tağıyeva sentyabr ayında  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1-ə daxıl olmayan ölkələrə Milli Məlumatların hazırlanmasına dəstək olan Konsultativ Ekspert Qrupunun təşkil etdiyi tədbirlərin iştirakçısı olub.

Alim sentyabrın 4-7-də  bu Qrupun Şərqi Avropa və Asiya ölkələri üçün Kambocanın  Siemreap şəhərində təşkil etdiyi treninqdə  “resource person” qismində iştirak edib.

Treninqin məqsədi ölkələrin Konvensiya qarşısında  Milli Məlumatların Hazırlanması və təqdimi öhdəliyinin yerinə yetirilməsi prosesinin, İPCC  və Konvensiyanın digər  orqanları tərəfindən hazirlanan Milli Hesabatların keyfiyyətinin yaxşılaşdırılmasından  ibarət olub. Əməkdaşımız həmin treninqdə sessiyaların birində Qrupun moderatoru təyin edilib.

Sentyabrın 21-22-də isə U.Tağıyeva Almaniyanın Bonn şəhərində keçirilən  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1-ə daxil olmayan ölkələr üzrə Konsultativ Ekspert Qrupunun növbəti 19-cu toplantısının iştirakçısı olub. Toplantıda digər məsələlərlə yanaşı treninqlərin nəticələri də müzakirə edilib.

 

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017