1 oktyabr 2021-ci il tarixindən etibarən  Coğrafiya İnstitutunun yeni strukturuna uyğun olaraq beynəlxalq əlaqələr üzrə fəaliyyət  “İctimaiyyətlə əlaqələr” şöbəsinə həvalə edilib və adı  uyğun olaraq “Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsi” adlandırılıb.

İnstitutun elmi istiqamətlərinə uyğun olaraq şöbənin əsas məqsədi xarici ölkələrin müvafiq təşkilatları ilə  əlaqələrin qurulması, genişləndirilməsi və inkişafının təmin edilməsindən ibarətdir.

Elmi-tədqiqat sahəsində əməkdaşlığın aşağıda göstərilən prinsiplərinin həyata keçirilməsində şöbənin iştirakı və vəzifəsi:

  • Beynəlxalq informasiyanın əldə olunması və  yayılması;
  • Alimlərin və elmi işçilərin  xarici proqramlarda və mübadilə təlimlərində iştirakının təmin edilməsi;
  • İnstitut əməkdaşlarının  mübadiləsi, onların müxtəlif konfrans və simpoziumlarda iştirakı;
  • Alim və mütəxəssislərin  xarici həmkarlarla birgə nəşr fəaliyyəti;
  • Birgə elmi tədqiqatlara  əcnəbi mütəxəssislərin cəlb edilməsi üçün xarici tərəfdaşlarla əməkdaşlıq.
  • Şöbə İnstitutun beynəlxalq fəaliyyət dairəsini genişləndirmək məqsədilə  yeni  uyğun müəssisələri arayıb tapır, onlar arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün müvafiq təkliflər və sənədlər hazırlayır, yekun sənədi olan memorandumun tərtibini və  imzalanmasını  həyata keçirir;
  • İlin sonunda şöbənin yekun  hesabatını  hazırlayır.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024