Coğrafi fikir tarixi və toponimika
Tel.: | (+994 12) 5385416 |
Faks: |
|
Elektron poçtu: | |
Struktur bölmənin rəhbəri: | |
İşçilərin ümumi sayı: | 8 |
Əsas fəaliyyət istiqamətləri: | Şöbənin əsas prioritet tədqiqat istiqaməti Azərbaycanda coğrafiya elminin inkişaf tarixinin öyrənilməsi, o cümlədən Azərbaycanın coğrafi şəraitinə, milli-tarixi mədəniyyətinə, milli-coğrafi məskunlaşmasına dair dünya coğrafiyaçıların və alim-səyyahların müxtəlif dövrlərə dair fikirləri və ideyaları təhlil olunub sistemləşdirilmişdir. Eyni zamanda Azərbaycanda coğrafiya elminin inkişafında Rusiya Coğrafiya Cəmiyyətinin, yerli alimlərin rolu mərhələlər üzrə tədqiq olunur. Bundan başqa Azərbaycanda coğrafiya elminin təkamülündə və elmi-nəzəri və metodoloji cəhətdən formalaşmasında tanınmış tədqiqatçı-alimlərin elmi nailiyyətləri müəyyən sahələr və dövrlər üzrə təhlil olunur. Ümumiyyətlə Azərbaycanda coğrafiya elminin inkişaf tarixinin öyrənilməsinə və elmin tarixinin öyrənilməsinin əhəmiyyəti məsələsinə həmişə mühüm diqqət verilir. |
Əsas elmi nəticələri: | Coğrafiya elminə dair müxtəlif kompleks tədqiqatların dinamikası üzrə hesabat işləri hazırlanmışdır. 1981-ci ildən başlayaraq Azərbaycanın coğrafi şəraitinin, strukturu-ərazi differensiasıyasının və milli-coğrafi məskunlaşmasının dinamikası mərhələ-mərhələ öyrənilir və onların inkişaf tendensiyası dövrlər üzrə sistemləşdirilir. Müəyyən edilmişdir ki, Azərbaycanda coğrafi fikrin inkişafında və formalaşmasında rus alimlərinin mühüm rolu var. XX əsrin 50-ci illərdən başlayaraq Azərbaycanda yerli alim-coğrafiyaçı kadr potensialının yaranması və regional problemlərin həllinə böyük təkan vermişdir. Azərbaycan toponimlərinin fondu və ensiklopedik lüğəti tərtib olunmuşdur; Azərbaycan coğrafi terminləri tədqiq edilmişdir; Böyük Qafqazın, Abşeron regionunun toponimiyası öyrənilmişdir; Toponimik Araşdırmalar əsasında Azərbaycanın ayrı-ayrı regionlarının toponimik xəritələri tərtib edilmişdir. Respublikamızın toponimik Fondunun zənginləşdirilməsi, toponimik Lüğət və xəritələrin tərtibi istiqamətində işlər aparılır; Respublika toponimiyası regionlar üzrə öyrənilir; Coğrafi adların düzgün yazılışı və dəyişdirilməsi problemi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının işində fəal iştirak edilir. |