AR ETN Coğrafiya İnstitutunun “Geoməkan analitikası və kartoqrafiya” laboratoriyası

Laboratoriya  müdiri: c.ü.f.d.,  Cəfərova Natavan Ramiz

Əlaqə nömrəsi: 0502457884

Email: [email protected]

Laboratoriya: 10 nəfər

Əsas elmi istiqamətləri: Laboratoriyanın əsas elmi istiqamətləri geoməkan analitikası, Coğrafi İnformasiya Sistemləri, məsafədən zondlama və kartoqrafiya sahələrini əhatə edir. Tədqiqatlar məkan məlumatlarının toplanması, emalı, təhlili və vizuallaşdırılması, həmçinin tematik və analitik xəritələrin hazırlanmasına yönəlmişdir. Elmi fəaliyyət təbii ehtiyatların idarə olunması, ekoloji risklərin qiymətləndirilməsi, landşaft dəyişikliklərinin monitorinqi və dayanıqlı ərazi planlaşdırılması kimi prioritet istiqamətləri əhatə edir. Əldə olunan nəticələr kartoqrafik məhsullar (tematik xəritələr və atlaslar), məkan modelləri və tətbiqi elmi hesabatlar formasında təqdim olunur.