AR ETN Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyası

Laboratoriya müdirinin adı:
coğrafiya elmləri doktoru (c.e.d.), dosent Paşayev Nəriman Əziz oğlu

Laboratoriyada çalışan işçilərin sayı: 12 nəfər

Laboratoriya müdirinin telefon nömrəsi: (050) 347 36 70

Elektron poçt ünvanı: [email protected]

Laboratoriyanın əsas elmi istiqaməti:

Şöbənin əsas elmi istiqaməti regional və qlobal miqyasda sosial-iqtisadi proseslərin məkan təşkilinin, onların inkişaf qanunauyğunluqlarının və geosiyasi amillərlə qarşılıqlı əlaqəsinin öyrənilməsinə yönəldilmişdir. Tədqiqatlar iqtisadi fəaliyyət sahələrinin ərazi üzrə yerləşməsi, regional inkişaf fərqləri və dayanıqlı inkişaf problemlərinin elmi əsaslandırılması kontekstində aparılır.

Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasında aparılan tədqiqatlar qlobal və regional geosiyasi proseslərin iqtisadi məkanın formalaşmasına təsirinin təhlilini, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin regional inkişafdakı rolunun araşdırılmasını, regional ixtisaslaşma və iqtisadi təhlükəsizlik məsələlərinin məkan aspektdən öyrənilməsini əhatə edir. Bu tədqiqatlar regional inkişaf strategiyalarının və məkan planlaşdırılmasının elmi əsaslarla formalaşdırılmasına xidmət edir.