AR ETN Coğrafiya İnstitutunun “Torpaq ekologiyası” laboratoriyası
Laboratoriyanın müdiri – biologiya üzrə fəlsəfə doktoru (b.ü.f.d.), dosent Zaman Rəşid oğlu Məmmədov
Şöbədə çalışan işçilərin sayı: 14 nəfər
Əlaqə məlumatları:
Tel.: 050 780 34 77
E-mail: [email protected]
Elmi istiqaməti:
“Torpaq ekologiyası” laboratoriyası geniş məsələləri özündə birləşdirir. Bunlara: qlobal iqlim dəyişkənliyi və səhralaşma fonunda torpaq ekoloji mühitinin tədqiqi, aqroekoloji tədqiqat, bu və ya digər torpaqlardan səmərəli üsullarla istifadəsi, torpaqların ekoloji monitorinqi və bu əsasında münbitlik parametrlərinin optimallaşdırılması yolları, müxtəlif snozların vəziyyətinin saxlanılması və məhsuldarlığının artırılması yolları işlənilməsi, bitkilər və müvafiq əkin dövriyyəsi üçün torpaqların seçimi; torpaqların çirklənməsi və deqradasiya proseslərinin tədqiqi və mühafizəsi yolları metodlarının seçilməsi; torpaq proseslərinin və optimal vəziyyətdə saxlanılması üçün rejimlərin daim idarəsi; və s. məsələlərin həllini və bu istiqamətdə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.