Kadrlar şöbəsi

Şöbə rəisi:  İsmayılov Rəsul Süleyman oğlu

Əlaqə nömrəsi: 539-40-40

Elektron poçt: resulali60@mail.ru

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Kadrlar şöbəsi.  Şöbənin 4 əməkdaşı var.  Şöbə rəisi, kadr üzrə mütəxəssis, Tabelçi, MM qərargah rəisi.

Şöbənin əsas vəzifələri

İnstitutunun kardlar şöbəsi Azərbaycan Respublika Əmək məcəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və institutun nizamnaməsini, eləcədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktları və AMEA-nın qərar və sərəncamlarını əsas götürərək öz işini qurur. Kadrlar şöbəsi-kadrların seçilməsi, ixtisas və bacarıqlarını peşakarlıq səviyyəsini, və s. uyğunluğunu nəzərə alaraq yerləşdirilməsini təmin edir.

İşçilər haqqında hər tərəfli məlumat bazasının tərtibini və aparılmasını həyata keçirir. Əməkdaşalar haqqında verilmiş qərarlari, işə qəbulu, işdən azad olma əmrlərini, işçilərlə əmək müqaviləsinin başlanmasını və s. rəsmləşdirir. İşə davimiyyətin uçotu, məzuniyyət qrafikinin tərtibatı və icrası şəxsi işlərin hazırlanması, eləcədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya bazasında və müəssisə resuslarının planlaşdırılması sistemində (SİNAM) işçilər haqqında məlumatların yerləşdirilməsi və lazımi dəyişikliklərin aparılmasını həyata keçirir. İnstitut əməkdaşlarına arayış xasiyyətnamə və s.sənədlərin verilməsinə təmin edir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021