Xəzər dənizinin monitorinqi
Tel.: | (+994 12) 5393328 |
Faks: |
|
Elektron poçtu: | |
Struktur bölmənin rəhbəri: | AMEA-nın müxbir üzvü, f/r e.d. Rauf Hacı oğlu Qardaşov |
İşçilərin ümumi sayı: | 4 |
Əsas fəaliyyət istiqamətləri: | Peyk və in-situ ölçmə məlumatları əsasında Xəzər dənizinin hidrofiziki (temperatur, səth axımları, dalğa və külək) sahələrinin; neft ilə çirklənmənin; sahil xəttinin dinamikasının; “dəniz suyunun rəngi”nin monitorinqi. |
Əsas elmi nəticələri: | Dəniz səthindən Günəş və lazer şüalarının əks olması probleminin həlli üçün “Güzgü əks nöqtələt metodu”nun işlənməsi; Günəş parıltılarının statistik xarakteristikalarına görə dalğanın və küləyin xarakteristikalarını təyin edən məsafədən zondlama metodunun yaradılması; Geostasionar orbitdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerinin dəqiq təyini metodunun işlənməsi; Peyk təsvirlərindən coğrafi obyektlərin (sahil xətti, adalar, göllər) morfometrik xarakteristikalarının dəqiq təyini metodunun işlənməsi və bunu reallaşdıran proqram paketinin hazırlanması; Peyk təsvirlərindən neft ləkələrinin yerinin və xarakteristikalarının təyini metodunun işlənməsi. Ani və kəsilməz aşqar mənbələrinin tətbiqi ilə dəniz diffuziya eksperimentləri metodikasının işlənməsi. “Dəniz-atmosfer” qarşılıqlı təsirinin tərpənməz özüllü platformadan tədqiqi. Xəzər dənizi səth qatı temperaturunun Yeri süni peykləri məlumatları əsasında tədqiqi Xəzər dənizi səthində neft ləkələri dinamikasının öyrənilməsi. Xəzər dənizi səthində aşqar diffuziyasının tədqiqi və külək sahəsinə görə parametrləşdirilməsi. |