Telefon: | (+994 12) 538 74 66 |
Elektron poçtu | |
Şöbənin müdiri | Şövqiyyə Ələkbər qızı Məmmədova |
İşçilərin ümumi sayı | 3 |
1937-ci ildə SSRİ EA-nın Azərbaycan filialının tərkibində coğrafiya sektoru yaradılmışdır. Beləliklə həmin ildən coğrafiya elmi məktəbinin əsası qoyulmuşdur. Bundan sonra sistemli olaraq coğrafiya elmi bölmələri yaradılmışdır.1945-ci ildən isə coğrafiya sektoru əsasında AMEA-nın Coğrafiya institutu yaradıldı. Həmin ildən institutun tərkibində elmi kitabxana təşkil olunub.Bununla əlaqədar olaraq Sovet Ittifaqının müxtəlif şəhərlərindən coğrafiya elminə dair müxtəlif ədəbiyyatlar toplanıb.
Coğrafiya institutunun kitabxanası iki böyük zaldan ibarətdir. Birinci zalda oxu zalı təşkil olunmuşdur. Zalda təzə kitabların sərgisi,dövrü mətbuatlar, jurnallar, ensiklopediyalar mövcuddur. İkinci böyük zalda kitabxananın ümumi fondu, rus, Azərbaycan və digər xarici dillərdə olan ədəbiyyatlar yerləşir.
Kitabxananın 370 oxucusu var. Bunlardan 220-si elmi işçilərdir. Digərləri isə müxtəlif institutlardandır. Oxuculara daimi mədəni xidmət göstərilir. Kitabxanamızın digər kitabxanalarla - M.F.Axundov adına kitabxana, Geologiya İnstitunun kitabxanası, Mərkəzi elmi kitabxana və s. ilə geniş əlaqəsi vardır.
Kitabxana fondumuzda kitabların sayı 56000-dir. Həmçinin kitabxana fondunda institutun arxivi yerləşir.Kitabxananın coğrafiya elminin inkişafında cox böyük rolu olmuşdur. Əlavə olaraq göstərmək olar ki, kitabxanada muxtəlif tədbirlər,o cümlədən, görkəmli alimlərimizin yubileyləri, konfranslar təşkil olunur. Bu yaxınlarda akademik H.Ə.Əliyevin 101 illiyi, akademik B.Budaqovun 85 illiyi və ümummilli liderimiz H.Ə.Əliyevin 90 illik yubileyi təntənəli surətdə qeyd edildi. Bundan savayı hər il əməkdaşlarımızın nəşr olunan yeni kitablarının sərgisi təşkil olunur.
Kitabxananın üç ali təhsilli işçisi vardır. Kitabxana müdiri - Məmmədova Ş.Ə., baş kitabxanaçı Cəfərova M.S., kitabxanaçı Mütəllimova N.F.
Əsas fəaliyyət istiqamətləri:
| Kitabxananın oxucuların tələblərinə uyğun kitablarla təmin edilməsi; Oxucular tərəfindən qaytarılmış, əməkdaşlar tərəfindən yeni nəşr edilmiş və rəhbərlik tərəfindən hədiyyə edilmiş kitabların şöbələrə uyğun qeydiyyatı; Onların ənənəvi olaraq qəbul edilmiş qaydada və elektron formada emalı. Dövri nəşrlərin (qəzet və jurnalların) kitabxana qaydalarına uyğun işlənməsi və oxu zalında yerləşdirilməsi; Sərgilərin və tədbirlərin təşkili. |
Əsas elmi nəticələr:
| Elektron kitabxananın və kitabxana fondunda olan ədəbiyyatların elektron kataloqunun yaradılması müasir tələblərə uyğun həyata keçirilir. Kitabxananın ümumi fondundan coğrafiya sahəsinə aid müxtəlif mövzulu kitablardan istifadənin sadələşdirilməsi üçün elektron kataloqun yaradılması işlərinə başlanılıb. Elektron kataloqun yaradılması avtomatlaşdırılmış kitabxana-informasiya sistemindən istifadə etməklə həyata keçirilir. Bu günə kimi 17 min kitab yeni standartlara uyğun işlənib və elektron kataloq bazasına daxil edilib. |