TARİX

Geomorfologiya şöbəsi 1950-ci ildə yaradılmışdır.

Şöbənin rəhbəri: 1950-1982-ci illərdə coğrafiya elmləri doktoru, professor B.A. Antonov, 1982-1988-ci illərdə coğrafiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı N.Ş. Şirinov olmuşdur.

1969-1982-ci illərdə şöbənin nəzdində “Tətbiqi geomorfologiya” laboratoriyası fəaliyyət göstərmişdir.

“Geomorfologiya” şöbəsi 2009-cu ildən “Geomorfologiya və təbii risklər” şöbəsi adlandırılmışdır.

Hazırda şöbəsinin  rəhbəri coğrafiya elmləri doktoru Tanrıverdiyev Xalid Kazım oğlu.

 

 

TƏDQİQAT İSTİQAMƏTLƏRİ VƏ MÖVZULARI

 Respublikanın bütün ərazisi üçün kiçik, orta və iri miqyaslı geomorfoloji xəritələr tərtibi. Relyefin morfostruktur və morfoskulptur xüsusiyyətləri-müxtəlif mənşəli relyef tipləri, relyefin geoloji strukturlarla əlaqəsi, relyefin formalaşmasında yeni tektonik hərəkətlərin və vulkanizmin rolu, dəniz və çay terrasları, düzəlmə səthləri öyrənilməsi və onların korrelyasiyası aparılmasıdır.

 Qədim buzlaq, qravitasiya, eol, vulkanik, palçıq vulkanı və b. relyef formaları, eləcə də karst və sel axınlarının formalaşmasının geomorfoloji əsasları, Xəzər dənizinin və Mingəçevir su anbarının sahillərinin dinamikası öyrənilməsidir.

Respublika ərazisində relyefəmələgəlmə, relyefin inkişaf tarixi, yaşı, yeni və müasir tektonik hərəkətlər, müasir ekzogen relyefəmələgətirici proseslər öyrənilməsi, onların yayılma arealı dəqiqləşdirilməsi və xəritələşdirilməsidir.

 

 

ƏSAS NƏTİCƏLƏR, NAİLİYYƏTLƏR

 Morfostruktur tədqiqatlar nəticəsində relyefin morfostruktur təhlili məsələsinin nəzəri əsasları işlənilmiş, morfostrukturların genetik və taksonomik təsnifatı aparılmışdır.

Paleogeomorfoloji tədqiqatlar nəticəsində yeni tektonik mərhələdə respublikanın paleorelyefi öyrənilmiş, relyefin inkişafının gedişi, formalaşma tarixi, yuyulma materiallarının daşınma və toplanma arealları müəyyənləşdirilmiş və relyefin inkişafının səciyyəvi beş mərhələsi üzrə paleogeomorfoloji xəritələr tərtib edilmişdir. Ayrı-ayrı regionlar üzrə denudasion kəsimin kəmiyyəti müəyyənləşdirilmişdir.

Bütün bunlarla yanaşı şöbədə praktiki əhəmiyyət kəsb edən tədqiqat işləri də aparılmışdır. Bunlardan Lənkəran düzənliyində və Böyük Qafqazın cənub yamacında çay bitkisi becərmək üçün əlverişli sahələrin aparılması; Xəzərin və Mingəçevir su anbarının sahillərinin dinamikasının öyrənilməsi; Böyük Qafqazın cənub yamacında sel ocaqlarının və sel axınlarının geomorfoloji əsaslarının öyrənilməsi; Kür-Araz depressiyasında basdırılmış strukturları müəyyən etmək məqsədilə struktur – geomorfoloji tədqiqatların aparılması; respublikanın düzən ərazilərində irriqasiya və meliorasiya tədbirləri aparmaq məqsədilə iri miqyaslı geomorfoloji xəritələşdirmənin aparılması; Kiçik Qafqazın cənub-şərq hissəsində qızıl daşıyan rayonlar üzrə iri miqyaslı geomorfoloji tədqiqatların və Yevlax – Naxçıvan qaz kəməri boyunca kompleks tədqiqatların aparılması və s.

 

 

ƏDƏBİYYAT

Геоморфологическая карта Азербайджана. 1956, 1998

Геоморфология Азербайджана 1959

Карта четвертичных отложений Азербайджана. 1978

Геология четвертичных отложений Азербайджана. 1978

Неотектоническая карта Азербайджана. 1972, 1991

Рельеф Азербайджана. 1993

Аббасов. Геоморфология Нахичеванской АО. 1970

Аббасов. Рельеф складчатых гор Среднеараксинской депрессии. 1989

Антонов Б.А. Геоморфология и неотектоника юго-восточной части Малого Кавказа. 1971

Будагов Б.А. Современные и древние ледники азербайджанской части Б.Кавказа. 1965

Будагов Б.А. Геоморфология Южного склона Большого Кавказа. 1969

Будагов Б.А. Геоморфология и новейшая тектоника Юго-Восточного Кавказа. 1973

Гаджиев. Палеогеоморфология областей мезозойского вулканизма Нахчывани и Талыша. 1999

Танрывердиев Х.К. Палеогеоморфология Куринской межгорной впадины (в пределах Азербайджана. 2000

Халилов Г.А. Морфоструктуры восточной части Малого Кавказа. 1999

Ширинов Н.Ш. Геоморфология Апшеронской нефтяной области. 1965

Ширинов Н.Ш. Геоморфологическое строение Кура-Араксинской депрессии. 1973

Ширинов Н.Ш. История развития рельефа и новейшая тектоника Кура-Араксинской депрессии. 1975

Ширинов Н.Ш. Человек и рельеф. 1991

Ширинов Н.Ш. и др. Природа и экология Каспия и его берегов. 1998

Палеорельеф Азербайджана. 2011

Толковый словарь геоморфологических терминов (трехъязычный).

Əməkdaşlar - 12, elmlər doktoru - 1,  baş elmi işçi -1, aparıcı elmi işçi - 5, coğrafiya üzrə fəlsəfə doktoru - 5, elmi işçi - 1, kiçik elmi işçi - 3.

 

Xəlilov Hüseyn Ağamalı oğlu - 1942-ci ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, mühəndis-geoloq, coğrafiya elmləri doktoru, baş elmi işçi.

Əsas elmi nailiyyətləri: Müasir geomorfologiyanın nəzəri və tətbiqi məsələləri; dağlıq ərazilərin morfostruktur və paleogeomorfoloji tədqiqi, morfostrukturların və morfoskulpturların morfogenetik və taksonomik təsnifatını işləmiş, bir sıra xüsusi xəritələrin tərtibində müəllif və həmmüəllif olmuşdur. Xəzərin səviyyə tərəddüdü, ekoloji geomorfologiya və b. istiqamətlərdə tədqiqatlar aparır. Bir sıra beynəlxalq konfransların iştirakçısı olmuşdur.  100-dən çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Əsərləri Rusiyada, Gürcüstanda, Türkiyədə, İspaniyada, İtaliyada, Ukraynada və b. Ölkələrdə nəşr olunmuşdur.

 

Səfərov Aydın Səttar oğlu - 1938-ci ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: ümumi geomorfologiya, paleogeomorfologiya, geomorfoloji xəritələşdirmə, yeni tektonik hərəkətlərin öyrənilməsi, ekoloji geomorfologiya və b. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. 60-dan çox elmi əsərin müəllifidir. Elmi əsərləri Rusiyada, Gürcüstanda, İspaniyada, İtaliyada və b. ölkələrdə nəşr olunmuşdur.

 

Quluzadə Vasif Ələsgər oğlu - 1939-cu ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, mühəndis-geoloq, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: ümumi geomorfologiya, paleogeomorfologiya, dağlıq ərazilərdə morfostruktur, morfoskulptur təhlil, ekoloji geomorfologiya. 90-dan çox elmi əsərin müəllifidir.

 

Qurbanov Tofiq Rəhman oğlu - 1949-cu ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”,  coğrafiya elmləri namizədi, aparıcı elmi işçi, dosent.

Tədqiqat istiqamətləri: Talış-Lənkəran təbii vilayətində morfostrukturların təhlili, ekoloji geomorfologiya. 60-dan çox elmi və elmi-metodik əsərlərin müəllifidir.

 

Abdullayev Rəfail Seyfəl oğlu - 1949-cu ildə anadan olub, 25.00.25 – “Geomorfologiya və təkamül coğrafiyası”, mühəndis-geoloq, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Tədqiqat istiqamətləri: ümumi geomorfologiya, geomorfoloji xəritələşdirmə, paleogeomorfologiya, ekoloji geomorfologiya. 30-dan çox elmi əsərin müəllifidir.

 

Əliyev Yavər Qaçay oğlu - 1950, c.ü.f.d., aparıcı elmi işçi

Abuşova Samirə Nəsib qızı - 1988, elmi işçi.

Ümüdova Məsmə Füzuli qızı - 1982, kiçik elmi  işçi.

Qasımov Ceyhun Yaşar oğlu - 1986, kiçik elmi işçi

İmanova Gülsarə Əsgər qızı - 1959, kiçik elmi işçi

Həsənova Rəhimə Rahib qızı - 1991, mühəndis.

İsayeva Nurtən Hacıvəli qızı - 1988, mühəndis

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017