...
Gürcüstan, Azərbaycan, Rusiya və Türkiyədən olan Beynəlxalq tədqiqatçılar qrupunun bu birgə işində ilk dəfə olaraq Qafqaz-Pont zonasının rütubətli subtropiklərində təbii və sosial fəlakətlərin ərazi üzrə yayılmasının kompleks analizi verilir. Kitabda zəlzələ və vulkanizm, buzlaqların fəaliyyəti, torpaq sürüşmələri, sellər, çay eroziyası və daşqınlar, abraziya, sahillərin subasması, səhralaşma və...
Monoqrafiya Xəzər dənizində hidrofiziki sahələrin dəyişkənliyinin geniş məkan və zaman diapazonunda kompleks tədqiqatına və bu xüsusiyyətlərin dənizdə yayılmış yad çirkləndiricilərə təsirinin öyrənilməsinə həsr olunmuşdur. Axın sürətinin statistik və spektrial xüsusiyyətləri hesablanmış və bu göstəricilərin profilini müəyyən etmək üçün model təklif olunmuşdur. Dənizin şelf zonasında aparılmış unik...
Kitabda Xəzər dənizinin fiziki-coğrafi şəraiti və təbii resursları haqqında yığcam formada məlumatlar verilmişdir. Dənizin temperatur, dalğalanma, duzluluq, şəffaflıq kimi xüsusiyyətlərinin fəsillər üzrə dəyişkənliyini əks etdirən xəritələr tərtib olunmuşdur. Burada müəllif və digər tədqiqatçılar tərəfindən alınmış model hesablamalar və eksperimental nəticələr analiz olunmuş, hidrofiziki sahələrin...
Kitab mərkəzi və yerli idarəetmə orqanlarının vəzifəli şəxsləri, ekoloqlar, coğrafiyaşünaslar və tələbələr, ekonomik və sosial siyasətin inkişafı, ətraf mühitin mühafizəsi siyasəti və eləcə də landşaft planlaşdırılması üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur....
Monoqrafiyada Böyük və Kiçik Qafqazın şərq hissəsinin dağlıq zonalarının və ətraf ərazilərinin morfostruktur quruluşu kosmik şəkillərin deşifrlənməsi və çöl tədqiqatları əsasında analiz edilir. Ümumqafqaz və köndələninə yayılma istiqamətli morfostrukturların inkişafı və morfotektoniki xüsusiyyətlərinin formalaşması baxılır. Kitab coğrafiyaçılar, geoloqlar, o cümlədən Universitetin coğrafiya və ge...
Monoqrafiyada müasir landşaftşünaslığın aktual problemlərindən olan dağlıq ərazilərdə qlobal ekoloji gərginliyin artması şəraitində təbii-antropogen amillərin təsiri altında geosistemlərdə baş verən landşaft-ekoloji dinamiki dəyişikliklər təhlil edilir. Daha operativ və obyektiv məlumat mənbəyi olan distansion zondlaşma materiallarından geniş istifadə edilməklə tədqiq olunan ərazidə müasir landşa...
Əsərdə vertikal zonallıq və meyl bucağından asılılıq nöqteyi-nəzərindən məskunlaşmanın həyata keçirilməsi üçün resurslar imkanlığı aşkara çıxarılır, məskunlaşmanın inkişafı və müasir vəziyyətinin tarixi mərhələlərinin təhlili, respublikanın müxtəlif şəraiti üçün geodemoqrafik vəziyyəti haqqında məlumat verilir....
Monoqrafiyada Azərbaycan daxilində Kür-Araz depressiyasında aparılmış tədqiqatların nəticəsi verilmişdir. Monoqrafiyanın əvvəlində qısaca olaraq ərazinin relyefinin morfoskulptur xüsusiyyətlərinə baxılmış, sonra isə bəzi kəmiyyət göstəriciləri də verilməklə müasir ekzogen relyef əmələgətirici proseslər, müasir sahillərin dinamikası, dəniz terrasları, çay dərələri və terrasları və gətirmə konusları...
Monoqrafiyada göstərilən ərazidə relyefin struktur xüsusiyyətlərinin və yeni tektonik hərəkətlərin öyrənilməsində tətbiq edilən geomorfoloji təhlil metodunun mahiyyəti açıqlanır. Bu təhlil, kəmiyyət və keyfiyyət dəyişiklikləri ən yeni tektonik hərəkətlərlə əlaqədar olmuş relyef tip və formalarının təhlilinə əsaslanır. Relyefin inkişaf tarixinin təhlilində və ən yeni tektonik hərəkətlərin amplitudu...
Zaur İmrani Kürün quruması haqqında müsahibə verib
Mirnuh İsmayılov Xəzər Xəbərə Azərbaycanda su ehtiyyatlarının azalması ilə bağlı müsahibə verib
Ənvər Əliyevin LAF TV-yə Zəlzələ mövzusuna açıqlaması
Rza Mahmudov Su qıtlığı mövzusunda İTV-nın qonağı olub