Cİ-də YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovla görüş keçirilib 2018-01-22 16:06:00 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev  adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovun İnstitut kollektivi ilə  görüşü keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini  Qərib Məmmədov və bir neçə üzvü iştirak edib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  tədbiri giriş sözü ilə açaraq İnstitutun əməkdaşları arasında partiya sıralarına qəbulun artmasından danışıb, hazırda partiya üzvlərinin sayının 95 nəfərə çatdığını, bu isə İnstitut işçilərinin təxminən 50%- ni təşkil etdiyini  diqqətə çatdırıb. O, digər əməkdaşları da könüllülük əsasında  ölkənin ən güclü partiyası olan YAP-a üzv olmağa dəvət edib.

Yeni  Azərbaycan  Partiyası  Yasamal  rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın bu gün gördüyü işlərdən, onun  Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Rayon YAP-ın sədri ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu qeyd edib. Sonda T.Əhmədov ilk partiya təşkilatına qəbul olunan yeni üzvləri təbrik edib,  gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

C.ü.f.d. Etibar Bədəlov çıxış edərək  ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf, ölkənin tərəqqisində elmin rolu və alimin üzvlərinə düşən vəzifələrdən danışıb.

Mövzu ətrafında digər çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018