EŞ ilə ES-in birgə iclasında bir sıra mühüm məsələlər müzakirə edilib 2017-10-19 06:33:00 / ELMİ İCLASLAR

Oktyabrın 18-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib.

Əvvəlcə İnstitutun əməkdaşı Elmira Qasımovanın 80 illik yubileyi qeyd edilib. Akademik R.Məmmədov yubilyarı İnstitut kollektivi adından təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı arzulayıb, gül dəstəsi təqdim edib.   

Sonra 2017-ci il oktyabrın 24-dən 27-dək Türkiyənin İzmir şəhərində keçiriləcək  II  Türkiyə – Azərbaycan  coğrafiya günlərində iştirak edəcək İnstitut əməkdaşlarının aşağıdakı mövzularda təqdimatları dinlənilib.

Akademik Ramiz Məmmədov:  “Xəzər dənizinin səviyyə dəyişkənliyinin səbəbi və üzünmüddətli proqnozu”;

C.e.d. dosent  Məhəmməd Abduyev : “Azərbaycanın çay sularının keyfiyyəti və içməli su təminatında onların rolu”;

Fiziki coğrafiya istiqamətinin rəhbəri, c.ü.f.d., dosent Mirnuh İsmayılov:  “Şərqi Qafqaz dağarası çökəkliyi landşaftlarının struktur-genetik xüsusiyyətləri və təbii ekoloji potensialı”;

 İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Eminov Zakir   “Müasir dövrdə dünyada demoqrafik vəziyyətin əsas meylləri və türkdilli ölkələrdə baş verən dəyişikliklər”;

Paliocoğrafiya şöbəsinin elmi işçisi Elşən Abdullayev  “Cənubi Xəzərin qərb bortunda Alt Pliosen çöküntülərində gil minerallarının xüsusiyyətləri”.

Sonra həvəskar coğrafiyaçı-araşdırmaçı Cəlaləddin Qasımov son illər apardığı könüllü tədqiqat işləri nəticəsində aşkara çıxardığı  qədim yaşayış məskənləri, tarixi abidələr haqqında iclas iştirakçılarına məlumat verib, çəkdiyi “Soltan şəlaləsi”  kinofilmini nümayiş etdirib.

İclasda Səudiyyə Ərəbistanından Azərbaycana gələn  Coğrafiya Cəmiyyətinin 37 nümayəndəsinin Azərbaycan Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutu kollektivi ilə görüşünə hazırlıq barədə məsələyə baxılıb, eləcə də  AMEA-nın Xəbərlər məcmuəsində çapa təqdim edilən məqalələrin müzakirəsi keçirilib,

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017