TARİX

1954-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutunda  “İqlimşünasıq” şöbəsi yaranandan onun rəhbəri coğrafiya elmləri doktoru, Azərbaycan EA müxbir üzvü, dövlət mükafatı laureatı, prof. Ə.M. Şıxlinski olub.

Ayrı-ayrı illərdə şöbəyə və onun bölmələrinə  c.e.d., dövlət mükafatı laureatı, prof. Ə.M. Mədətzadə; c.e.d., dövlət mükafatı laureatı, prof. Ə.C. Əyyubov; c.e.n. Q.Ə. Hacıyev; f-r.e.n. Ə.N. Məmmədov; c.e.n. M.S. Həsənov; Y.C. Hadıyev rəhbərlik ediblər.

Hazırda şöbə “İqlimşünaslıq və Aqroiqlimşünaslıq” adı altında fəaliyyət göstərir.

 

 TƏDQİQAT ISTIQAMƏTLƏRI VƏ MÖVZULARI

 Şöbənin fəaliyyəti dövründə elmi-tədqiqat işləri aşağıdakı istiqamətlərdə aparılmışdır: ayrı-ayrı ünsürlər iqlimşünaslığı, sinoptik iqlimşünaslığı, istilik və radiasiya balansı iqlimşünaslığı, kompleks iqlimşünaslığı, aqroiqlimşünaslıq, kurort və tibbi iqlimşünaslığı, mikroiqlimşünaslıq və zooiqlimşünaslıq.

 Hazırda əsas diqqət   iqlim dəyişmələri və onlara uyğunlaşma, aqroiqlimşünaslıq və tibbi iqlimşünaslıq istiqamətlərinə yönəlib. 

 

 

  ƏSAS NƏTİCƏLƏR, NAILIYYƏTLƏR

 Şöbədə dağlıq ölkələr üçün radiasiya və istilik balanslarının  hesablama metodikası işlənib hazırlanıb, iqlimin genezisi öyrənilib və iqlim dəyişmələri üzrə mühüm nəticələr alınıb, onun təsirinin  ölkə ərazisində mümkün nəticələri qiymətləndirilib və onlara qarşı uyğunlaşma tədbirləri hazırlanıb; təhlükəli hava hadisələrinin yaranmasının səbəbləri müəyyən edilib, ekstremal mövsüm, ay və dekadaların proqnoz  üsulları təkmilləşdirilib; aqroiqlim ehtiyatları öyrənilib və qiymətləndirilib, müxtəlif bioiqlim potensialına malik olan rayonlar ayrılıb, Azərbaycan ərazisi  timsalında  dağlıq ərazilər üçün aqroiqlim xəritə və atlasların tərtib edilmə metodikası işlənib hazırlanmışdır; əsas k/t bitkilərinin tarla və bağlarının, həmçinin bir sıra şəhərlərin mikroiqlimi, radiasiya və istilik balansları tədqiq edilmişdir; iqlim-meliorasiya sistemi işlənmiş və ölkə ərazisinin iqlim-meliorasiya rayonlaşdırılması aparılmışdır; ölkə kurortlarında iqlimlə müalicə imkanları tədqiq edilmiş və kurort məqsədləri üçün iqlim-landşaft rayonlaşdırılması aparılmışdır     

  

ƏSAS ƏSƏRLƏR

 Mədətzadə Ə.A. Abşeronun hava tipləri və iqlimi. Bakı, Azərnəşr, 1960, 295 s.

 Azərbaycanın iqlimi. Red. Ə.A. Mədətzadə və Ə.M. Şıxlinski. Bakı, Azərb.SSR-in EA nəşriyyatı, 1968, 340 s. (rus dilində)

 Əyyubov Ə.C. Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması. Bakı, Azərb.SSR-in EA nəşriyyatı, 1968, 188 s. (rus dilində)

Şıxlinski Ə.M. Azərbaycan SSR-in istilik balansı. Bakı, Elm, 1969, 199 s. (rus dilində)

 İsmayılov İ.A. Azərbaycan SSR-in Mərkəzi-Aran zonası üzərində bol yağıntıların formalaşma şəraiti. Bakı, Elm, 1969, 121 s. (rus dilində)

 Mədətzadə Ə.A. Şərqi Qafqazın тəbii-sinoptik-iqlim fəsilləri. Bakı, Elm, 1973, 134 s. (rus dilində)

 Əyyubov Ə.C. Azərbaycan SSR iqliminin bonitirovkası. Bakı, Elm, 1975, 146 s. (rus dilində)

 Əyyubov Ə.C. Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması. Xəritə, M 1:600 000. M., SSRİ BGXİ, 1976

 Hacıyev Q.Ə. Azərbaycanın pambıqçılıq rayonlarının iqlimi. Bakı, Elm, 1977, 109 s.

 Hacıyev Q.Ə., Rəhimli V.Ə. Azərbaycan SSR inzibatı rayonlarının iqlim səciyyəsi. Bakı, Elm, 1977, 269 s.

 Cabbarov M.A. Böyük Qafqazın cənub yamacında külli miqdar yağıntıları əmələ gətirən sinoptik şərait (Az.SSR ərazisində). Bakı, Elm, 1978, 142 s.

 Azərbaycan SSR-in istilik balansı atlası. Red. Ə.M. Şıxlinski. M., SSRİ BGXİ, 1978

 Budaqov B.Ə., Əyyubov Ə.C. Azərbaycan SSR-in landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırılması (kənd təsərrüfatı üçün). Xəritə, M 1:600 000, M., SSRİ BGXİ, 1978

 Babayeva V.İ. Azərbaycan SSR-də dənli bitkilər becərilməsinin aqroiqlim şəraiti. Bakı, Elm, 1981, 121 s.

Əyyubov Ə.C. Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi. Bakı, Azərnəşr, 1987, 93 s.

Şıxlinski Ə.M. Azərbaycan SSR-in iqlim xəritəsi. M 1:600 000. M, SSRİ BGXİ, 1987

Azərbaycan Respublikasının aqroiqlim atlası. Red. Ə.C. Əyyubov və X.Ş. Rəhimov. Bakı, Azərbaycan Respublikası DGXK, 1993

Əyyubov Ə.C. və b. Bakı və Abşeron yarımadasının iqlimi və insan səhhəti. Bakı, Azərnəşr, 1997,124 s.

Həsənov M.S. Kiçik  Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi. Bakı, Elm. 1999. 128 s.

 

Əməkdaşlar – 15 nəfər, o cümlədən, c..ü.f.d. - 6, baş elmi işçi - 1, aparıcı elmi işi - 2, böyük e.i. - 2, elmi işçi - 5, kiçik e.i.- 1,  

 

Rəhimov Xəyyam Şakir oğlu – 1949, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, baş elmi işçi. Şöbə müdiri.

Əsas elmi nailiyyətləri: Ölkənin əsas çoxillik bitkilərinin aqroiqlim şəraiti və ehtiyatları tədqiq edilmiş, meteoroloji şəraitin məhsulun miqdarı və keyfiyyətinə təsiri müəyyən edilmiş, göstərilən bitkilərin aqroiqlim rayonlaşdırılması aparılmışdır; çoxillik əkmələrin mikroiqlimi, radiasiya və istilik balansları tədqiq edilmiş, onların yaranmasında və məhsulun miqdarı və keyfiyyətinin  bitkilərin əkilmə və onların çətirlərinin formalaşdırma üsullarından aslığı müəyyən edilmişdir; hazırlanmış rayonlaşdırma sistemi əsasında Azərbaycan ərazisinin iqlim-meliorasiya rayonlaşdırılması aparılmış və rayonlaşdırma xəritəsi tərtib edilmiş, vilayət, yarımvilayət. rayon və yarımrayonlar ayrılmış və onların ətraflı aqroiqlim xarakteristikası verilmişdir; gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarına, təbii zonaların sərhədlərinə, təbii və aqroekosistemlərə, insan səhhətinə mümkün təsiri tədqiq edilmiş və onlara uyğunlaşma tədbirləri hazırlanmışdır.

56 məqaləsinin, bir  monoqrafiyanın və bir atlasının müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Meteoroloji şəraitin nar meyvələrinin keyfiyyətinə təsiri. Meteorologiya və hidrologiya, M., 1981, № 1 (həmmüəllif  Ə.C. Əyyubov)

2. Arid zonanın dağlıq ərazilərinin iqliminin meliorasiyasının bəzi ekoloji aspektləri (Azərbaycan SSRİ timsalında). Meliorativ coğrafiya üzrə VIII ümumittifaq konfransı, III cild, Tallinn, 1988 (həmmüəlliflər Ə.C. Əyyubov və N.D. Ulxanov)

3. Azərbaycanda üzümün becərilməsinin aqroiqlim ehtiyatları. Monoqrafiya. Bakı, 1991 (həmmüəlliflər Ə.C. Əyyubov və N.D. Ulxanov)

4. Azərbaycan Respublikasının aqroiqlim atlası. Bakı, 1993 (elmi redaktor və həmmüəllif)

5. Azərbaycan Respublikasında malyariya xəstəliyinin yayılmasında iqlim şəraitinin rolu. Təbii-təsərrüfat sistemlərinin ekoloji təhlükəsizliyinin təminatının coğrafi problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XIV cild, Bakı, 2009 (həmmüəllif  C.N. Əhmədova).

 

Həsənov Məhərrəm Səməd oğlu – 1954, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, dosent, aparıcı elmi işçi.

Əsas elmi nailiyyətləri: Respublika ərazisində payızlıq buğdanın inkişafının, məhsuldarlığının və məhsulun keyfiyyətinin relyef və iqlim amillərindən asılılığını öyrənmiş, məhsulun keyfiyyət göstəricilərinə müvafiq onun istehlak istiqamətinin müəyyən edilməsi haqqında təkliflər vermişdir.

Payızlıq buğdaya aid bir sıra fenoloji xəritələri «Azərbaycanın aqroiqlim atlası»nda çap edilmişdir. «Azərbaycanın təbii vilayətlərinin 1:300 000 miqyaslı aqroiqlim xəritələri»nin müəlliflərindəndir.

Respublikanın rütubət və külək enerjisi ehtiyatlarının iqlim dəyişmələri fonunda yenidən qiymətləndirilməsində xidməti vardır.

Hazırda «Gözlənilən iqlim dəyişmələrinin Azərbaycanın aqroiqlim ehtiyatlarına təsirinin qiymətləndirilməsi» istiqamətində işləyir.

1 monoqrafiyanın və 40-dan çox məqaləsinin müəllifidir.

 Əsas elmi əsərlərinin adları:

1. Kiçik  Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi. Bakı, Elm, 1999, 128 s.

2. Payızlıq buğdanın bioloji məhsuldarlığının yamacın istiqamətindən asılılığı. «Сельскохозяйственная биология» Moskva, 1983. 6 s..     

3. Dağ-şabalıd torpaqların rütubət dinamikası və səmərəli istifadə yolları». Az.EA Xəbərləri, Yer elmləri seriyası, 1992, №3-6. 6 s.

4. Naxçıvan MR-da müşahidə edilən zərərli atmosfer hadisələri. ACC əsərləri, X cild. Bakı, 2006.

5. Naxçıvan MR-sı ərazisinin təbii rütubətlənmə şəraiti. ACC əsərləri, XIV cild, Bakı, 2009.

 

Hadıyev Yusif Cahangir oğlu – 1957, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, aparıcı elmi işçi.

Əsas elmi nailiyyətləri: Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının illik və mövsümi kəmiyyətlərinin çoxillik tərəddüdləri tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, 1881-2000-ci il müddətində respublika ərazisində hava temperaturu artmış, atmosfer yağıntıları isə iri sənaye şəhərləri istisna olunmaqla azalmışdır. Bu elementlərin artma və azalma sürətləri hesablanmışdır. 2030-cu ilə kimi əsas hidrometeoroloji parametrlərin dəyişilmələrinin ssenariləri hazırlanmış və alınan proqnostik kəmiyyətlər qiymətləndirilmişdir.

32 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Azərbaycanda hava temperaturunun mövsümi və çoxillik tərəddüdlərinin bəzi qanunauyğunluqları haqqında. AMEA Xəbərləri, Yer elmləri ser.,  1992, №3-6, 7 səh. (rus dilində)

2. Azərbaycan Respublikasında yağıntıların çoxillik tərəddüdləri haqqında. AMEA Xəbərləri, Yer elmləri ser.,  1998, №3, 7 səh.     

3. İqlim anomaliyalarının Xəzər dənizi səviyyəsinə təsiri.  «İqlim və su» II Beynəlxalq konfransın mat-rı, Finlandiya, 1998, 10 səh. (ingilis dilində)

4. Qafqazın iqlimi tarixi keçmişdə və yaxın gələcəkdə dəyişməsi.«Coğrafiya və təbii resurslar», İrkutsk ,1999, №1,  6 səh. (rus dilində)

5. XX əsrdə Azərbaycan ərazisində əsas hidrometeoroloji parametrlərin tərəddüdləri. AMEA Xəbərləri, Yer elmləri ser.,   №4, 2003, 6 səh. (rus dilində).

 

 Nəbiyev Həsən Lətif oğlu – 1959, 25.00.30 – “Meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya”, coğrafiya elmləri namizədi, böyük elmi işçi.

Əsas elmi nailiyyətləri: Bol və intensiv yağıntıların düşməsi ehtimalını artıran sinoptik proseslər öyrənilmiş, Avropa üzərindəki makrosirkulyasiya prosesləri ilə Şərqi Zaqafqaziyadakı seləmələgəlmə arasında əlaqə müəyyən edilmiş, sel hadisələrinin proqnozunun bəzi əlamətləri aşkar edilmişdir.

20 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. İrimiqyaslı atmosfer prosesləri və Şərqi Zaqafqaziyada seləmələgəlmə. Azərbaycan və Dağıstan hidrometeorologiyasının problemləri. I buraxılış, II hissə. Bakı, 1988, 10 s. (rus dilində)

2. Azərbaycan SSR ərazisində seləmələgəlmə dövründə hava kütlələrinin dayanıqlığı və xüsusi rütubəti. Azərbaycan SSR EA Xəbərləri, Yer elmləri ser., 1989, №3 (rus dilində)     

3. Avropa üzərində makrosirkulyasiya prosesləri və Şərqi Zaqafqaziyada seləmələgəlmə. Sel əleyhinə mübarizə tədbirləri. Alma-Ata, 1990, 6 s. (rus dilində)

4. Kiş və Şin çayları hövzələrinin selləri. Bakı, «Elm» 1998.

5. Makrosirkulyasiya prosesləri və Azərbaycanda seləmələgəlmə. Bakı, Xəbərlər, Yer elmləri, 2003, №4 (rus dilində)

 

Tağıyeva Umayra Rauf qızı - 1968, a.e.i., c.ü.f.d.

 

Rəhimov Mətləb Kamil oğlu - 1968, böyük e.i., c.ü.f.d.

 

Əhmədova Qəmərxanım Böyük Ağa qızı – 1958,coğrafiyaçı, elmi işçi.

15 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Xəzər dənizi səviyyəsinin çoxillik tərəddüdlərinin qanunauyğunluqları haqqında. AMEA, Coğrafiya Cəmiyyətinin 6-cı qurultayının materialları. “Elm” nəşr. Bakı, 1990, 66-67 səh.

2. Azərbaycanda hava temperaturunun mövsümi və çoxillik  tərəddüdlərinin bəzi qanunauyğunluqları. AMEA, Xəbərlər, Yer elmləri seriyası, 1992, №3, 7 səh. (rus dilində)

3. Son 50 ildə quraqlıqlar zamanı havanın orta aylıq temperaturu və atmosfer yağıntıları. «Azərbaycanda səhralaşma problemləri».Akademik B.Ə. Budaqovun 75 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2003.

 

 Əhmədova Cəmilə Nemət qızı – 1962, coğrafiyaçı, elmi işçi.

18 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Bakı şəhərində hava hövzəsinin ekoloji vəziyyətinin tədqiqi. Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi jurnalı, №2. Bakı, 1999, səh. 60-67.

2. Atmosfer havasında yüksək çirklənmə səviyyəsini formalaşdıran meteoroloji şərait haqqında. Fövqəladə hallarda ekologiya və texnologiya problemləri İkinci Beynəlxalq Simpoziumun materialları. Bakı, 2002, səh. 148-150.

3. Böyük Qafqazın cənub yamacında müalicə və istirahət məqsədilə iqlimin havalar üzrə səciyyəsi. Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri elmi-praktik konfransı. Şəki, 2005, səh. 102-105.

4. Mümkün iqlim dəyişmələrinin şəhər əhalisinin səhhətinə təsiri. Azərbaycan təbiətinin ekocoğrafi problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XII cild, Bakı, 2008, səh. 209-214.

5. Azərbaycan Respublikasında malyariya xəstəliyinin yayılmasında iqlim şəraitinin rolu. Təbii-təsərrüfat sistemlərinin ekoloji təhlükəsizliyinin təminatının coğrafi problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XIV cild, Bakı, 2009, səh. 328-330.

 

Əliyeva Fidan İmran qızı - 1982, e.i.

 

 İsmayılov Rafiq Suqrəddin oğlu – 1965, aqrometeoroloq, kiçik elmi işçi.

12 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1.Atmosfer sirkulyasiyası və hava temperaturunun mövsümü kəmiyyətlərinin tərəddüdləri arasında əlaqə. «Hidrometeorologiya parametrlərin tərəddüdlərinin tədqiqi».  Konfrans materialları. Bakı, 1999

2. Atmosfer yağıntılarının çoxillik dəyişmələrinin və Volf ədədinin bəzi qanunauyğunluqları. «İnsan və təbiət» elmi-praktiki konfransın mat-rı.Bakı, 2002

3. Hava temperaturunun ekstremal göstəricilərinin son 100 ildə tərəddüdlərinin tədqiqi. «Azərbaycanda səhralaşma problemləri».Akademik B.Ə. Budaqovun 75 illiyinə həsr olunmuş Elmi-praktik konfransın materialları. Bakı, 2003.

4. Böyük Qafqazın cənub yamaclarında qış-yay mövsümündə temperaturun çoxillik dəyişmələri. «Dağlıq ərazilərin davamlı inkişaf problemləri». Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild, Bakı, Araz, 2006 (rus dilində)

 

Məmmədova Afaq Firudin qızı – 1968, aqrometeoroloq, elmi işçi.

4 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1. Azərbaycanda temperaturun çoxillik dəyişmələri ilə çoxillik Volf ədədi dəyişmələri arasındakı əlaqə. “İnsan və Cəmiyyət” elmi-praktik konfransın materialları. Bakı, 2002.

2. Son 50 ildə quraqlıqlar zamanı orta aylıq temperaturu və atmosfer yağıntıları. “Azərbaycanda səhralaşma problemləri”  elmi-praktik konfransın materialları. Bakı 2003.

3. Quba-Xaçmaz rayonunda son 110 ildə atmosfer yağıntılarının çoxillik tərəddüdləri. «Dağlıq ərazilərin davamlı inkişaf problemləri», Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild.Bakı, Araz, 2006 (rus dilində)

 

 Məmmədova Azadə Üzeyir qızı – 1970, coğrafiyaçı, elmi işçi.

3 məqaləsinin müəllifidir.

Əsas elmi əsərlərinin adları:

1.İnkişaf etməkdə olan ölkələrdə ətraf mühitə göstərilən təsirin nəticələri. BDU-nun 90 illik yubileyinə həsr olunmuş məcmuə. Bakı 2009.

2. Qusar rayonunda rekreasiya və turizmin inkişafında iqlimin rolu. BDU, coğrafiya fakültəsi, ekoloji üzrə məcmuə. Bakı, 2010.

3. Xəzər hövzəsi regionunda turizm-rekreasiya işinin təşkilində inteqrasiya imkanları. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XVI cild, Bakı, 2010.

 

Hacıyeva Rufana İslam qızı – 1962, bioloq, mühəndis.

 

Zeynalova Alidə Qəhrəman qızı – 1966, mühəndis.

 

Əliyeva Rəna Hacıbala qızı - 1972, mühəndis

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017