Thomson Reuters şirkətinin eksperti tərəfindən seminar keçiriləcək 05.02.2019

Clarivate Analytics (Thomson Reuters) şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr" adlı seminarın keçirilməsi nəzərdə tutulur.

Rus dilində keçiriləcək seminar "Web of Science" platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələləri əhatə edəcək. Tədbirə Neft və Qaz İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzinin alim və mütəxəssisləri dəvət olunur.

 Qeyd: İneş Kenjina nüvə fizikası sahəsində 20-dən çox Web of Science indeksli məqalənin müəllifidir.

Tarix:  07 fevral 2019-cu il, saat 11:00,

Qeydiyyat:  saat 10.30

Ünvan:  AMEA-nın Mərkəzi Elmi Kitabxanası  (H.Cavid pr. 129, IV mərtəbə)

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019