Akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi Seminarının növbəti birgə iclasında geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin nəşrə hazırladığı “Düşüncələr axarında” kitabının müzakirəsi keçirildi. Əsərlə yaxından tanış olan c.ü.f.d. Mirnuh İsmayılov bildirdi ki, kitab 8 bölmə, 50 məqalə və 200 səhifədən ibarətdir. Coğrafiyanın müxtəlif sahələrinə toxunan müəllif “Qaytarmaq vaxtıdır”, Qiymətli daşlar”, “Keçmişə baxış”, “Arxeologiya və etnoqrafiya”, “Qurani-Kərim və elmi kəlmələr” və s. bölmələrdə qaçqınlar, ekologiya, təbiət, toponimika, vətən və s. haqqındakı düşüncələrini bölüşür. Müzakirələrdən sonra adında uyğun dəyişiklik etməklə əsərə rəy verilməsi və çapa təqdim olunması haqqında qərar qəbul olundu.
Qazaxıstan Coğrafiya İnstitutunun elmi katibi, c.ü.f.d. Rozaliya Tokmaqambetovun «Формирование системы расселениея в природно-хозяйственных системах Алматинской области» növzusunda yazdığı elmi məqalənin müzakirəsindən sonra onun çap olunmaq üçün “Xəbərlər” jurnalına təqdim edilməsi tövsiyə olundu.
Sonra İqlim və aqroiqlimşünasliq şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Tağıyeva Umayra Rauf qızının Coğrafiya İnstitutu Elmi Şurasına üzv seçilməsi qərara alındı.
İclasın sonunda Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında Ulu öndər Heydər Əliyevin 92-ci ildönümü və Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunmuş yubiley konfransının gündəliyində duran məsələlər haqqında, eləcə də yubiley münasibətilə təşkil edilən tədbirlər barədə geniş məlumat verildi və iclas müzakirələrlə başa çatdı.