AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Rauf Hüseynov “Avrasiyada Biomüxtəliflik-SEAB 2023” VI Beynəlxalq Simpoziumunda iştirak edib.
Ulu Öndər H.Ə.Əliyevin 100 illiyinə həsr olunmuş tədbir AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Türkiyənin Ərzurum Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla, çoxsaylı elmi araşdırmalara həsr olunmuş simpoziumda İnstitut əməkdaşı məruzə ilə çıxış edib. Çıxışçı “Vegetation change detection using remote sensing and GİS – on the examle of Qubadli district (Məsafədən zondlama və GİS vasitəsilə bitki örtüyü dəyişikliklərinin aşkarlanması (Qubadlı rayonu timsalında)” adlı məruzəsində işğaldan azad olunmuş Qubadlı rayonu ərazisində bitki örtüyündə baş vermiş dəyişikliklərdən bəhs edib. O bildirib ki, işğal müddətində Qubadlı rayonunnda 1992-ci ilə nisbətən 2022-ci ildə çox şiddətli deqradasiyaya uğramış ərazilərin sahəsi 12,37 % (9841,312 ha) artmış, fon səviyyədə deqradasiyaya uğramış ərazilərin sahəsi 3,05 (2442,092 ha) azalmışdır. Bununla yanaşı, bitki ekosistemlərinin normal inkişafı üçün optimal bioiqlim parametrləri müəyyən edilmiş, dəyişikliyin aşkarlanması analizi əsasında transformasiya istiqamətləri sahələr üzrə hesablanmışdır. Həmçinin nəticələrin dəqiqləşdirilməsi məqsədilə vegetasiya sağlamlıq indeksindən (VHİ) istifadə etməklə, ekosistemlərin quraqlıq stressinə məruzqalma dərəcəsi öyrənilmişdir.