AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun alimlərinin məqalələri yeni nəşr olunmuş “İrəvan necə varsa: Keçmişdən bu günə” kitabında dərc edilib.
Nəşrin “İrəvanın azərbaycanlı əhalisinə qarşı ermənilərin və Ermənistan dövlətinin etnik təmizləmə siyasəti” fəslində yer almış “İrəvan şəhərinin tarixi-demoqrafik inkişaf xüsusiyyətləri” adlı məqalə institutun baş direktoru, c.e.d. Zakir Eminov tərəfindən hazırlanıb. Şöbə müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılovun “İrəvan şəhərinin coğrafi mövqeyi və təbii şəraiti” başlığı altında yazdığı məqalə kitabın İrəvan şəhərinin coğrafiyasına aid olan I fəslindədir. Şöbə müdiri, c.ü.f.d., dosent Şamil Əzizovun “İrəvan və ətrafının toponimiyası çar Rusiyasının coğrafi xəritələrində” adlı məqaləsi isə “İrəvan şəhərinin toponimiyası və epiqrafik abidələri” fəslində yerləşdirilib.
Məqalələrdə, ümumiyyətlə İrəvan mahalının tarixən Azərbaycanın əzəli torpaqları olduğu, orada qədimdən müsəlmanların, azərbaycanlıların yaşadıqları ərazilər olduğu tutarlı faktlarla bir daha sübut edilir.