Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası III beynəlxalq elmi-praktiki konfransı I cild

2024
Konfrans materilları

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu,  Azərbaycan Coğrafiya Cəmiyyəti,  Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti (Azərbaycan), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı,  Bursa Uludağ Universiteti (Türkiyə), Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu (Qazaxıstan),  Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti, Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan), Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası, Dağıstan Dövlət Texniki Universiteti (Rusiya), R.Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin  (Rusiya)   Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası mövzusunda birgə keçirdikləri  III beynəlxalq elmi-praktiki konfransı  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konfrans materiallarının I cildi çap edilib.

İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri, landşaftlardan istifadənin müasir vəziyyəti, torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri, Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı, regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri, demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri, davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi, regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları, regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri və d. istiqamətlər müzakirə olunmuş, problemlərin həlli istiqamətində müəyyən addımların atılması ilə bağlı məqalələr çap edilmişdir.