19 Sentyabr 2018, Çərşənbə axşamı
Elmi seminarda Xızı ərazisində landşaft planlaşdırılması müzakirə olunub 2018-05-02 17:55:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi Şurası ilə Elmi seminarının mayın 2-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən növbəti birgə iclasında Səbinə Nizami qızı Namazova  “Xızı inzibati rayonu ərazisi landşaftlarının həssaslıq dərəcəsinə görə qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

İclasda coğrafiya üzrə fəlsəfə doktorları Umayra Tağıyeva və Samirə Ələkbərovaya dosent elmi adının verilməsi məsələsi müzakirə edilib və AR Prezideni yanında AAK qarşısında vəsatət qaldırılmasına  qərar verilib.

70 illik yubileyi münasibəti ilə Coğrafiya İnstitutunun elmi işçisi Luiza Salayevaya ünvanlanmış təbrik məktubu oxunub. Ünvanda yubilyarın uzun müddət elmi katib işlədiyi müddətdə göstərdiyi xidmətlər, ictimai fəaliyyəti, işinə məsuliyyətli münasibəti, təşkilatçılıq qabiliyyəti, müsbət insani keyfiyyətləri və s. xüsusi qeyd olunub.

L.Salayeva İnstitut rəhbərliyinin qayğısını, isti münasibətini daima öz üzərində hiss etdiyinə və təbrikə görə rəhbərliyə, eləcə də sevdiyi kollektivə dərin minnətdarlığını bildirib.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018