İnstitut əməkdaşlarının tədris-metodiki toplanışı keçirilib 2018-02-09 13:07:00 / TƏDBİRLƏR

Fevralın 9-da AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda əməkdaşların iştirakı ilə tədris-metodiki toplanış keçirilib.

İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov AMEA Prezidenti akademik Akif Əlizadənin 780 №-li 12 dekabr 2017-ci il tarixli “2017-ci ilə AMEA-da Mülkü Müdafiə hazırlığının yekunları və 2018-ci il üçün təşkilatı göstərişlər haqqında” sərəncamını rəhbər tutaraq İnstitutda 2018-ci ildə Mülkü Müdafiə işlərinin hazırlığının təşkili haqqında əməkdaşlara məlumat verib.

Sonra Coğrafiya İnstitutu Mülki Müdafiə qərargahının rəisi Namazəli Mustafayev Coğrafiya İnstitutunda mülki müdafiə qüvvələrinin və MM qüvvələrinə daxil olmayan əməkdaşların maarifləndirilməsi işinin gücləndirilməsi, mülki müdafiə istiqamətində biliklərin artırılmasının vacibliyindən danışıb, mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində  İnstitut əməkdaşlarının hazırlıqlı olmalarının vacibliyi məsələlərinə aydınlıq gətirib və  vaxtaşırı mülki müdafiə üzrə praktik məşğələlərin keçirilməsinin zəruriliyini  qeyd edib.

Tədbirin sonunda N.Müstafayev iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018