Elmi seminar 2013-12-20 16:40:00 / ELMİ İCLASLAR

İnstitutun 18.12.13. tarixində keçirilən elmi seminarının iclası   institut doktorantlarının  illik hesabatına həsr edilmişdi.

İnstitutun 23 nəfər - 1-ci və 2-ci kurs doktorantları 1 il ərzində gördükləri işlər haqqında hesabat verdilər. Demək olar ki, bütün doktorantlar fərdi plana uyğun olaraq işləmiş, informatika və xarici dil fənlərindən minimum imtahanlarını vermiş, müxtəlif elmi jurnallarda məqalələr çap etdirmiş, beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda məruzələrlə çıxış etmişlər. 2-ci il doktorantlardan G.Allahyarova, R.Əmənov, A.Həsənovanın  daha çox müvəfəqiyyət əldə etmələri qeyd edilmişdir.