Koreyada elmi tədqiqat arzusunda olanlar üçün 19.05.2016
 
AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Koreya Respublikasının Milli Elm Fondu (NRF) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə görə Azərbaycan da "Postdoctoral Fellowship Program for Foreign Researchers" proqramında iştirak edə bilər.
Azərbaycanlı alimlər (yaşı 40-dan çox olmamaq şərti ilə) proqram çərçivəsində Koreyada 6 ay və ya 1 il ərzində tədqiqat işi ilə məşğul ola bilərlər. Müraciət şərtləri və prosedurlar çox asandır. Aylıq təqaüd 2000000 WON (və ya 2580 AZN) təşkil edir.
 
25 may tarixi müraciətlər üçün son tarixdir. Müraciət üçün əsas tələb odur ki, qısa tədqiqat planı və CV azərbaycanlı alim tərəfindən seçilən koreyalı alimə göndərilir və NRF-in maliyyə dəstəyi ilə həmin təşkilata ezam olunmaq barədə müraciət edir. Koreyalı alim təklifi qəbul edərsə, digər sənədlər hazırlanır və onlayn təqdim olunur.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017