Akademik R.Məmmədovun yeni kitabı çapdan çıxıb 2021-04-07 13:34:00 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Avstraliya alimi prof. Dr. Əliəkbər Rəsulinin  “Praktik peyk görüntülərinin emalı” kitabı ingilis dilində nəşr edilib. 

Kitab Azərbaycanda şəkillərin klassik emalının bütün  mərhələlərini özündə əhatə edən  ilk  dərs ləvazimatıdır. Verilənlərin məsafədən zondlama üsulu ilə emalının əsasını təşkil edən prinsiplər dərslikdə sadə, anlaşıqlı və praktik təcrübi yolla oxuculara çatdırılır.

Coğrafiya, hidroiqlim, məsafədən zondlama, görüntü işləmə və CİS sahələrində geniş təcrübəsi olan iki alim tərəfindən yazılmış dərslik ERDAS IMAGINE proqram təminatında lazımi təcrübəni tez bir zamanda qazanmaq imkanını verir. O həm də oxucuya kitabda verilən  məlumatlardan asanlıqla kənara çıxaraq daha qabaqcıl bacarıqlara yiyələnmək üçün şərait yaradır.

Bu kitab təkcə tələbələr üçün deyil, həm də aspirantlar, tədqiqatçılar, müəllimlər, menecerlər və yer sistemləri və ətraf mühit məsələlərini öyrənən agentlik mütəxəssisləri üçün də faydalı bir bələdçi və məlumat kitabçasıdır.

Qeyd edək ki, kitab həm də Avstraliyada nəşr olunub.

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024