AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda şöbələrin 2020-ci üçün elmi-tədqiqat işlərinin hesabatı davam edir.
Noyabrın 24-dən etibarən direktor, akademik Ramiz Məmmədovun sədrliyi ilə İnstitut Elmi şurasının distant yolu ilə keçirilən iclaslarında elmi tədqiqat şöbələrinin illik hesabatları mərhələli olaraq dinlənilərək müzakirədən keçirilir. Bu günədək 8 şöbənin hesabatı qəbul edilib. C.ü.f.d., Mirnuh İsmayılov “Landşaftşünaslıq və landşaft planlaşdırılması”, c.ü.f..d. Rəfail Abdullayev “Geomorfologiya və təbii risklər”, c.e.d. Yelena Tağıyeva “Paleocoğrafiya”, c.e.d. Rənabəyim Qaşqay “Qurunun hidrologiyası və su ehtiyatları”, c.ü.f.d. Həsən Nəbiyev “İqlim və aqroiqlimşünaslıq”, c.e.d. Çingiz Gülalıyev “Pirqulu coğrafi tədqiqatlar” stasionarı, a.ü.f.d. İsmayıl Quliyev “Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası”, a.ü.f.d. Ənvər Əliyev “Ekocoğrafiya” şöbəsinin 2020-ci ildəki elmi və elmi təşkilatı fəaliyyətinin yekunları haqqında hesabatlarını təqdim ediblər.
Hesabatlarda AR Prezidentinin, eləcə də Nazirlər Kabinetinin fərman, qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar şöbələrə tapşırılmış işlərin yerinə yetirilməsi, ezamiyyətlər, çöl tədqiqat işlərinin həyata keçirilməsi, elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr, yerli beynəlxalq, o cümlədən xaricdə və impakt faktorlu jurnallarda çap olunmuş məqalələr, keçirilmiş elmi tədbirlər, kütləvi informasiya vasitələri ilə əlaqələr və s. haqqında məlumatlar öz əksini tapıb.