AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin monitorinqi” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f.-r. e.d. Rauf Qardaşovun həmmüəllif olduğu elmi məqalə 5 illik impact faktoru 11.29 olan Q1 kateqoriyalı “Renewable and Sustainable Energy Reviews” jurnalında dərc edilib.
Məqalə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” na dəstək olaraq icra olunan və Günəş enerjisindən optimal istifadə sahəsində aparılan təqiqat işinə, həmçinin, əldə edilmiş mühüm nəticələrə həsr edilib. Məqalədə mürəkkəb topoqrafiyaya malik dağlıq bölgələrdə Günəş panelinin optimal istiqamətini seçməklə istehsal olunan elektrik enerjisini önəmli dərəcədə (10% - dək) artırmağın mümkünlüyü qeyd edilir. Tədqiqatın nəticələri dağlıq bölgələrdə yerləşən turizm və istirahət obyektlərində, eləcə də şəxsi evlərdə tətbiq oluna bilər.