Akademik Ramiz Məmmədovun elmi redaktorluğu, Coğrafiya İnstitutu, eləcə də digər elmi müəssisələrin alim və mütəxəssislərinin əməyi ilə ərsəyə gələn Atlas Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi tərəfindən nəşr olunub.
Elmi-məlumatlı kartoqrafik əsərdə ölkənin siyasi-inzibati quruluşu, tarixi, təbiəti, florası, faunası, iqtisadiyyatı, mədəniyyəti və turizmi haqqında məlumatlar verilmişdir.
Ümumi proqram üzrə vahid əsasda hazırlanmış xəritələrin sistemli məcmusundan və 18 bölmədən ibarət Atlas 260-dan çox müxtəlif məzmunlu və miqyaslı, respublika və regionlar üzrə xəritələri ehtiva edir. Hər bir bölmənin əvvəlində giriş mətni verilmiş, xəritələrin informativliyini yüksəltmək üçün cədvəl, qrafik və diaqramlardan istifadə olunmuşdur.
Əsər elm, tədris təşkilatları və geniş əhali kütləsi üçün nəzərdə tutulmuşdur.