AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları c.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov Azərbaycan Dövlət Televiziyası çəkiliş qrupunun müşayiəti ilə Mil düzünün Şirinqum təpələri ərazisində çöl-tədqiqat işləri aparmışlar.
Araşdırmalar nəticəsində müəyyən olunmuş yeni səhralaşma ocaqlarında müşahidə və ölçmə işləri aparılmışdır. Mil düzündə səhra landşaftının 45 hektara qədər ərazini əhatə etməsi müəyyən edilmişdir. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülmüş, coğrafi koordinatlar dəqiqləşdirilmişdir. Ərazidə 20-yə qədər barxan tipli eol relyef formaları müşahidə olunmuşdur... Tədqiqatlar davam etdirilir.
Aparıcı Orxan Cabbarlının rəhbərliyi ilə çəkiliş qrupunun lentə aldığı kadrlar əsasında veriliş hazırlanıb “Ekoetika” televiziya proqramının növbəti buraxılışında ictimaiyyətə nümayiş etdiriləcək.