AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya Institutunun şöbə müdiri, AMEA –nın müxbir üzvü Rauf Qardaşov "Günəş panelinin günlük optimal istiqaməti"ni təyin edən proqram təminatı (FORTRAN kodu) işləyib hazırlamışdır.
Günəş panelinin gündəlik optimal istiqamətini təyin edən yeni metod ətraf relyefin yaratdığı Günəşin kölgələnməcini nəzərə alan, zamanın istənilən anı və Yer səthinin istənilən nöqtəsi üçün günəş enerjisinin miqdarını hesablayan günəş radiasiyasının riyazi modelinə əsaslanır. Günəş panelinin günlük optimal istiqaməti, alınan tənliklər sisteminin analitik həlli olaraq tapılır.
Metod, yüksək turistik potensiala malik və “təmiz enerji”in istifadəsi tələb olunan dağ bölgələrində Günəş panelinin optimal istiqamətinin operativ olaraq müəyyənləşdirilməsi və quraşdırılması zamanı faydalıdır.
Günəş panelinin istiqamətini təyin edən proqram təminatı