AMEA akad. H Ə.Əliyev adına Coğrafiya İnstitutunda Geomorfologiya şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Vasif Ələsgər oğlu Quluzadənin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinizin 50 illiyi qeyd edilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov bu münasibətlə yubilyarı İnstitut kollektivi adından təbrik edib, ona can cağlığı, elmi fəaliyyətində nailiyyətlər arzu edib.
Yubilyara ünvanlanmış təbrik məktubunun mətni:
ƏZİZ VASİF MÜƏLLİM!
Sizi, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi anadan olmanızın 80, elmi – pedaqoji fəaliyyətinizin 50 illiyi münasibətilə səmimi qərbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və yaradıcılığınızda bundan sonra da yeniliklər arzulayır.
Siz, 1966-cı ildə Azərbaycan Dövlət Universitetini geologiya ixtisası üzrə bitirdikdən sonra, 1969-cu ildən AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlamısınız. O vaxtdan indiyə qədər institutun geomorfologiya şöbəsində Azərbaycanın geomorfoloji quruluşuna, onun inkişaf dinamikasına, xüsusilə geomorfoloji vahidlərin formalaşmasına dair yeni elmi fikir və tövsiyələr söyləmisiniz. Bunların nəticəsi olaraq 1982-ci ildə «Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluşu və inkişaf xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, yüksək elmi ada layiq görülmüsünüz. Nəticədə həmin regionda yeni geomorfoloji problemlərin və həllini gözləyən elmi tədqiqatların əsasını qoydunuz. Bunlarda öz növbələrində sizin elm aləmində xüsusilə coğrafiya elminin inkişafında xidmətlərinizə layiqli töhfədir.
Hal-hazırda «Geomorfologiya və təbii risklər» şöbəsində öz yaradıcılıq missiyanızı müvəffəqiyyətlə davam etdirirsiniz, yeni elmi fikirlərin yaranmasına böyük ümidlər verirsiniz.
Vasif müəllim! Sizin elmi yaradıcılıq istiqamətləriniz əslində kompleks xarakter daşıyır. Burada geomorfologiya sahəsilə yanaşı paleogeomorfologiya, paleocoğrafiya, paleotektonika, həmçinin ekogeomorfologiyaya dair tədqiqatlarınızda təqdirə layiqdir. Bunların hamısı ölkəmizdə coğrafi xəritələrin hazırlanmasında, faydalı qazıntılarla relyefin asılılıq və genetik prinsiplərinin öyrənilməsində çox faydalıdır.
Vasif müəllim! 80 illik ömür səlnaməsini başa vurmaq hər bir insanın həyatı arzusudur. Bu ömrü siz şərəflə və həmdə fərəhlə tamamladınız. Azərbaycan Coğrafiya elminə 100-dən çox töhfə verdiyiniz elmi əsərlərin qayəsi həqiqətən dərin bilik və çoxillik yaradıcılıq nəticələrinə söykənmişdir.
Hörmətli Vasif müəllim! İcazə Verin Sizi bir daha anadan olmanızın 80 illiyi və çoxillik elmi yaradıcılıq nailiyyətlərinizə görə səmimi qəlbdən təbrik edək və Sizə möhkəm can sağlığı arzulayaq. Sizə şəfa diləyirik.
Hörmətlə,