C.ü.f.d. Rəfail Abdullayevin rəhbərliyi ilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşlarından ibarət “Tufandağ ekogeomorfoloji dəstəsi” Böyük Qafqazın cənub yamacında çöl tədqiqatlarında olmuşlar.
Baza Tüntül kəndi (Qəbələ rayonu) olmaqla üç əsas və bir vizual istiqamətdə tədqiqat marşurutları seçilmişdir:
Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişiklikərə məruz qalması, yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi hallarını müşahidə etmişlər.