Dekabrın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Aqil Nadir oğlu İsayev 5408.01 – “fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası" ixtisası üzrə c.ü.f.d. elmi dərəcəsi almaq üçün “Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətləri və landşaft-ekoloji qiymətləndirilməsi" mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Aqil Isayevə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.