Elmi seminarda sürüşmə proseslərinin Azərbaycanın yollarına təsiri haqqında məruzə dinlənilib 2017-12-06 16:02:00 / ELMİ İCLASLAR

Dekabrın 6-da AMEA  ak. H.Ə. Əliyev ad. Coğrafiya İnstitutu Elmi seminarının iclasında  c.ü.f.d.  dosent  Starə Tarixazər  “Sürüşmə proseslərinin Azərbaycanın yollarına təsirinin icmalı" adlı məruzə ilə çıxış etmişdir.

Məruzədə Azərbaycanın avtomobil yollarında baş verən sürüşmə prosesləri tədqiq edilmişdir. Sürüşmə proseslərinin baş verməsində iştirak edən amillərin təhlili aparılmışdır. Qeyd olunmuşdur ki, son illərdə avtomobil yollarında sürüşmə proseslərini intensivləşdirən əsas amil kimi antropogen təsir çixış edir. Yeni yolların çəkilməsi, mövcud olanların genişləndirilməsi, yamacların kəsilməsi təbii amillərlə yanaşı sürüşmə proseslərinin baş vermə tezliyini artırır. Müasir texnologiyalardan istifadə etməklə sürüşmə prosesləri baş verən ərazilərin morfometrik xəritələri tərtib olunmuşdur. Sonra qeyd olunmuşdur ki, belə tədqiqatlar əsasında Azərbaycan ərazisinin sürüşmə təhlükəliyinin qiymətləndirilməsinin aparılması mümkündür.