AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu elmi seminarının oktyabrın 25-də keçirilən iclasında “Xəzər dənizinin hidrometeorologiyası” şöbəsinin müdiri c.ü.f.d. Zabit Allahverdiyevin “Xəzər dənizinin Azərbaycan akvatoriyasında havanın çoxillik temperatur rejimləri” mövzusunda məruzəsi dilənilmişdir.
Tədqiqatçı əsasən bu akvatoriyada fəaliyyət göstərən hidrometeoroloji məntəqələrin 1961-2010-cu illər üzrə toplanılan müşahidə məlumatlarını təhlil etmişdir. İlkin olaraq hər bir hidrometeoroloji məntəqənin yerləşdiyi dəniz rayonu üzrə havanın çoxillik temperatur normaları (1961-1990-ci illər üzrə) hesablanmış, iqlim dəyişmələrini əhatə edən 1991-2010-ci illər üzrə orta çoxillik temperaturlar hesablanaraq müqayisəli təhlil aparılmışdır. Nəticədə Z. Allahverdiyev temperatur artımının bütün fəsillərdə müşahidə edildiyini və akvatoriyada havanın orta çoxillik temperaturunun normadan 0,50 C çox olduğunu təyin etmişdir.