Landşaftşünaslıq və landşaf planlaşdırma şöbəsinin əməkdaşları Böyük Qafqazın rayonlarında ezamiyyətdə olmuşlar. 2017-09-13 05:18:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaf planlaşdırma şöbəsinin əməkdaşları - aparıcı elmi işçilər, coğrafiya üzrə fəlsəfə doktorları Tarixazər Starə, Məmmədov Seymur, Kuçinskaya İrina, böyük elmi işçi, c.ü.f.d. Kərimova Elina, elmi katib, c.ü.f.d. Həmidova Zərnurə 2017-ci il iyulun 10-dan 16-dək “Azərbaycanda sel əmələgətirici proseslərin inkişaf dinamikası, rayonlaşdırılması və idarə olunması problemləri”  mövzusunda hesabat işi üzrə (2017-2019 illər) Böyük Qafqazın Şəki, Qax, Qəbələ, Oğuz, Şamaxı və İsmayıllı rayonlarında ezamiyyətdə olmuşlar.

Ezamiyyətin məqsədi Kiş, Şin, Kürmüx və s. selli çayların hövzəsində yayılmış təhlükəli sel ocağlarını tədqiq etməkdir. Ezamiyyət dövründə yeni materiallar toplanılmış və sellərin insan fəaliyyətinə təsiri çöl şəraitində müşahidə olunmuşdur.

Hazırda ezamiyyə  zamanı toplanmış çöl tədqiqat materialları kameral şəraitdə təhlil olunur.    

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2020