Dissertasiya Şurasının 15 may 2015-ci il tarixində akademik Ramiz Məmmədovun sədrliyi ilə keçırılən iclasında Coğrafiya İnstitutunun dissertantı, BDU-nun fiziki coğrafiya kafedrasının əməkdaşı Həsənəliyeva Ləman Həsən qızının
“Böyük Qafqazın şimal-şərq yamacında əhalinin məskunlaşmasının landşaftın transformasiyasına təsiri” mövzusunda coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirildi.
L. Həsənəliyevaya cografiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edildi.