İnstitutun Elmi Seminarı ilə Elmi Şurasının yanvarın 28-də keçirilən növbəti birgə iclasında Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, BEA-nın professoru, fəlsəfə doktoru Əhməd Qəşəmoğlunun “Universal fəlsəfi paradiqma olan Ahəngyol elminin ekoloji problemlərin həllində tətbiqi” mövzusunda məruzəsi dinlənildi.
2006-2007-ci illərdə məruzəçi tərəfindən təklif edilən və ahəngə aparan yol mənasını verən ahəngyol elmi dünyanın vəhdətdə olduğu həqiqətini qəbul edir, bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarlarını əsas tutaraq aparılmasını vacib sayır. İstənilən sahədə idarəetmənin ən mühüm meyarının harmoniya (ahəng) olduğu fikrində olan müəllif, ahəng qanunlarının öyrənilməsində sistem nəzəriyyəsinə böyük üstünlük verir.
Ə. Qəşəmoğlu əksər fəlsəfi kateqoriyalara və anlayışlara yenidən baxılmaqla yeni fəlsəfi pradiqmanın yaradılması üçün təkliflər vermişdir.