İqtisadi coğrafiyaçılar konfransda 2014-12-02 22:51:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun əməkdaşları c.ü.e.d. Zakir Eminov, c.ü.f.d. Rövşən Kərimov, Etibar Bədəlov və c.ü.d.f. Nəriman Paşayev 28.11.2014 tarixində Dövlət Statistika Komitəsinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi “Statistika və Cəmiyyət” adlı konfransında iştirak etmişlər.

Konfransın məqsədi sosial-iqtisadi qərarların qəbulunda statistikanın rolu, statistik məlumatların hazırlanmasında innovativ yanaşmalar, məlumatların keyfiyyətinin artırılması istiqamətində elmi-praktik əhəmiyyət kəsb edən məsələlərin aşkara çıxarılmasındır. Z. Eminov “Ölkənin sosial-demoqrafik inkişafinda statistika mənbələrinin rolu”, R. Kərimov “Statistik məlumatlar əsasında Azərbaycanın və onun regionlarının əhalisi arasında təbii hərəkətin tədqiqi”, E. Bədəlov “Müstəqillik dövründə Abşeron iqtisadi-coğrafi rayonunun sosial-demoqrafik problemləri və onların həllində statistikanın rolu”, N. Paşayev isə “İqtisadi və sosial coğrafiya elminə aid tədqiqatlarda statistik materiallar və metodlardan istifadənin əhəmiyyəti” adlı məruzə ilə çıxış etmişlər.

Konfransa yekun vuran Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov tədbir iştirakçılarına təşəkkürünü bildirib, bu cür elmi-praktiki konfransların Komitədə gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini söyləyibdir.