Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin “Axtarişlar, həqiqətlər və ehtimallar” kitabı dərc edilib.
Kitabın elmi redaktoru İnstitutun baş direktoru professor Zakir Eminov, rəyçilər şöbə müdirləri, professor Rza Mahmudov və dosent Nəriman Paşayevdir.
7 fəsildən ibarət kitab müəllifin sayca 3-cü monoqrafiyasıdır. Birinci və ikinci fəsillər qlobal istiləşmə, Xəzər dənizi, geoloji problemlər, üçüncü, dördüncü və beşinci fəsillər ətraf mühit, tarix və təbiət abidələri, təbiət hadisələri, toponimlər, altıncı fəsil son illərdə bütün dünyanı narahat edən koronovirus, onun səthi də olsa baş vermə, yayılma səbəblərinin təhlilinə həsr edilib. Kitab “Ədəbi-bədii düşüncələr” fəsli ilə tamamlanır. Bu fəsildə müəllifin həyata, ətraf mühitlə həyat arasında görünən-görünməyən sirli bir dünyanın poetik bənzətmələrlə izahına cəhd edilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.