İnsan cəmiyyətinin inkişafında su ehtiyatları həmişə ön sırada durmuş və texnikanın, sənayenin, əkinçilik metodların axtarışında əsas rolu oynamışdır.
Əhalinin və iqtisadiyyatın müxtəlif sahələrinin su ilə etibarlı təchizatı cəmiyyətin dayanıqlı inkişafının şərtlərindəndir. Əsrlər boyu insan öz fəaliyyəti ilə su ehtiyatlarına təsir göstərmiş, bəzi əraziləri səhralara çevirmiş, bəzi ərazilərdə isə bataqlıq sahələrini genişləndirmiş və torpaqların şoranlaşmasına təkan vermişdir. Dünyanın çox ərazilərində artıq su qıtliğı hiss olunur , xüsusilə az sulu dövrdə.
Yeri gəlmişkən demək lazımdır ki, aparılan hesabatlara görə yer üzərində olan suların cəmi 2,5% -ni şirin sular təşkil edir. Lakin kəmiyyətcə bu az deyil və 35mln. km3 təşkil edir. Bunun da 99% sülb vəziyyətində yaxud yer altındadır. Xalq təsərrüfatında daha geniş istifadə olunan çay suları və şirin sulu göllər yer üzərində olan şirin su ehtiyatlarının yalnız 0.27% -ni təşkil edir. Çay sularının payına isə bu miqdarın yalnız 0.006%-i yəni 46 800km3 su düşür və bu sular ərazi üzrə qeyri bərabər paylanmışdır.
Digər təbii sərvətlərdən fərqli olaraq çay suları dinamikliyi və özünü bərpa xüsusıyyətlərinə malik olduğu üçün insanlarda belə təsəvvür yaradır ki, su tükənməzdir və uzun əsrlər boyu onları təmin edə bilər. Laki bu belə deyil və antropoqen amil burada öz rolunu göstərir.
Azərbaycanın su ehtiyatları 30.9 km3 təşkil edir. Lakin bunun 2/3 hissəsini qonşu ölkərdən transsərhəd çaylar vasitəsilə daxil olan sular təşkil edir və yerli çay su ehtiyatları cəmi 10 km3 olub dünya çayları su ehtiyatlarının 0.021%-ni təşkil edir. Bu ehtiyatların da 48%-ni çayların formalaşmasında iştirak edən yeraltı suların hesabınalır. Dünya ölkələrinin 25%-i bütünlüklə transsərhəd çay hövzələrində yerləşir və bu çay hövzələrində dünya əhalisinin 40%-i yaşayır. Avstraliyadan başqa bütün qitələrdə belə çay hövzələri vardır. Müxtəlif ölkələrdə transsərhəd çaylarla bağlı olan problemlər oxşardır. Bu, ilk növbədə hüquqi və siyasi problemlər və onlarla əlaqədar olan həm texniki, həm də hidroekoloji problemlərdir.
Bu vəziyyətdə Azərbaycanın iki böyük çayının – Kür və Araz çaylarının və onların bəzi qollarının aşağı axınında yerləşməsi respublikanın su problemlərini daha da dərinləşdirir və onun su ehtiyatlararını qonşu ölkələrdə bu çay sularının istifadə səviyyəsindən asılı edir.Transsərhəd çayların və ölkələrarası göllərin istifadəsi və mühafizəsi ümdə məsələlərdən olub, onun həlli hərtərəfli əməkdşlıq əsasında qurulmalıdır. Çünki qısa və ya uzunmüddətli istifadə prosesində bu su məntəqələrinə digər ölkələrdən vənfi təsir ola bilər və üçüncü ölkənin ekoloji şəraitinə, iqtisadiyyatına, xoş güzaranına zərbə vurula bilər. Kür, Araz və onların bəzi tranzit qolları bu cür ölkəarası çaylar olaraq onların istifadəsində bir çox problemlər ortaya çıxır. Problemin biri ondadır ki, Kür və Araz çayları suyundan ərazisindən axdıqları ölkələr istifadə edərəkən, heç bir saziş imzalamadan kortəbii yolla, kim nə həcmdə və necə istəyir istifadə edir.
Kür çayı suyunun geniş istifadəsi Gürcüstan ərazisindən başlayır. Əkin sahəlrinin suvarılması məqsədilə Taşis-Kara şəhəri yaxınlığında 14 suvarma kanalı vasitəsilə çaydan saniyədə 50 m3 su götürülür. Bunlardan Böyük və Kiçik Liaxvi, Ksani, Araqvi, Xrami və başqalarını göstərmək olar. Qabırrı və Qanıx çaylarının suyundan isə xüsusilə çox istifadə olunur. Qabırrıdan çəkilən 14 kanalın ən irisi vasitəsilə saniyədə 65 m3 su götürülür. Ona görə bu çay ilin çox vaxtı öz sularını Mingəçevir su anbarına çatdıra bilmir. Qanıx çayından ildə saniyədə 42 m3 su götürülür və axımın müəyyən hissəsi Samqori, Sion və Xrami Su Elektrik stansiyalarının su anbarlarında toplanır. Ona görə Kür çayının 853m3/s təbii axımı olduğu halda Xəzər dənizinə yalnız 580m3/s su çatır. Düzdür bu vəziyyət Azərbayçanın su ehtiyatlarına hələ ki mənfi təsir göstərmir, çünki Kürün üzərində Cənubi Qafqazın ən döyük Mingəçevir su anbarının və Şəmkir, Yenikənd, və Varvara su anbarlarının tikilməsi bunlarda 19km3suyun cəmləşməsinə imkan yaratdı ki, bu da respublika su ehtiyatlarından 1.9 dəfə çoxdur. Lakin gələcəkdə bu çayların suyundan istifadə nizamlanmasa Azərbaycanın vəziyyəti pisləşəcək.
Kür və Araz çaylarının digər qollarından (Ağstafaçay,Həsənsu,Axınca, Tovuz, Arpa, Bazarçay) da geniş istifadə edilir. Bu çayların hamısı öz başlanğıcını Ermənistan ərazisindən götürür və demək olar ki, hamısının üzərində su anbarları Ermənistan ərazisində tikilmişdir. Yalnız dükerlər, yəni su buraxıcı qurğular, sərhəddə yerləşir. Bu isə təcavüz üçün geniş yollar açır. Məsələ, Xelsinki /1992/ sazişinə qol qoymayan ölkə gələcəkdə bu kiçik dağ caylarından kanal və arxların çəkilməsi ilə suyun azalmasına səbəb olacaq və hətta su anbarlarının doldurulmasına da su çatmayacaq.
Su qıtlığı problemindən daha çox həmsərhəd ölkələrin tranzit çay sularının həddindən artıq çirklənməsidir. Kiçik Qafqaz və Orta Araz vilayətlərindən axan transsərhəd çayların mənbələri Ermənistanda, Kür dağarası çökəkliyi vilayətindən axan çayların mənbələri isə Gürcüstanda yerləşməklə, bu çay sularının keyfiyyəti də əsasən Ermənistan və Gürcüstan ərazisində formalaşır. 1980-ci illərin sonlarından bu dövlətlərin heç bir müəssisəsində təmizləyici qurğular işləmir. Həmin dövlətlər ərazisindən atılan çirkab suları qəbul edən transsərhəd çaylar sanki sanitar-təmizlik funksiyasını yerinə yetirərək ekoloji təcavüzə məruz qalır. Nəticədə onların sularının keyfiyyəti sanitar normaların tələblərinə cavab verməyən vəziyyətdə Azərbaycan ərazisinə daxil olurlar.
Kür çayına əvvəlcə Gürcüstanın Axalsixe, Borjomi, Xaşuri, Kareli, Qori, Kaspi şəhərlərinin və çayın sahilində olan digər yaşayış məntəqələrinin sənaye müəssisələri və komunal-məişət tullantıları hesabına sutkada 3 milyon m3-ə qədər çirkab suları buraxılır. Daha sonra 40 km məsafədə Tbilisi şəhəri daxilində axan Kür burada daha ciddi çirklənməyə məruz qalır.
Gürcüstan Respublikası Təbiəti Mühafizə Komitəsinin su müfəttişliyinin məlumatlarına görə (1989), şəhər daxilində çay suyunda olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 30 dəfə, azot 8 dəfə, mədə-bağırsaq basilləri 238 dəfə, saprofit bakteriyaları isə 300 dəfə artıqdır.
Tbilisidə olan 30-dan artıq küçənin leysan kollektorları şəhərin bir çox sənaye müəssisələrinin (dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqayırma, avtomobil parkları və xəstəxanalar) çrkab sularını birbaşa Kürə axıdır. Şəhər daxilində çayın qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Diqmula, Loçino) çirklənmə dərəcəsi Kürün özündən də çoxdur. Bu çaylar əslində çirkab suları axıdan kanalizasiya kollektorlarına çevrilmişdir.
Gürcüstan ərazisində Xrami çayına qovuşan Debed çayı Ermənistanın ən çox çirklənmiş çaylarından biridir. Ermənistanın rəngli metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan Kirovakan, Alaverdi və Stepenavan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən çaya axıdılır. Debed çayı çirklənmə dərəcəsinə görə Razdan və Oxçuçaydan sonra Ermənistanın üçüncü ən çirkli çayına çevrilmişdir.
Mingəçevir su anbarında yay aylarında suyn səthini örtən və hələ nazik olan mavi-yaşıl rəngli örtük bütün Kür çayında ekoloji şəraitin kəskinləşməsini sübut edir. Eləcə də Kiçik Qafqazın şimal –şərq yamacindan axan çayların və onların hövzələrinin cox hissəsinin Ermənistan ərazisində yerləşdiyi üşün onların asılı gətirmələrinin həcmi də bu ərazidə formalaşır və onların suyunun keyfiyyəti sanitar normaların tələblərinə cavab verməyən vəziyyətdə Azərbaycan ərazisinə daxil olurlar. Bunlar yüksək mineralizasiyaya malik olub Tovuzçayda 500-600 mq/l və daha çox müşahidə edilir. Araz çayında yaranan ekoloji vəziyyət Kür çayında olduğundan da təhlükəlidir. Çayın sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. Hələ 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 milyon m3 təşkil etmişdir. Yay aylarında Arazda səviyyə aşağı düşdüyü dövrdə Razdanın çirkab sularının sərfi azalmır. Nəticədə “Araz” su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun “çiçəklənməsi” baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.
Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan, Qacaran və Dəstəkert dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənmişdir və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları Arazın üstündə tikilən su anbarlarına töküləcək və onların suyunu çirkləndirəcək.
Azərbaycanın ərazisindən kanarda formalaşan üçüncü böyük çay Samur çayıdır. Bu çay öz başlanğıcını Quton dağından götürür və axırıncı 20 km məsafədə geniş delta əmələ gətirərək iki böyük qolla – Camur və Bala Camur Xəzərə tökülür. Əslində çay Camur adını iki çayın- Qara Camur və Axtı çaylarının birləşməsindən sonra alır. Bundan sonra o, 50 km. məsafədə bütün axarı boyu Dağıstanla Azərbaycan arasında sərhəd rolunu oynayır və sərhəd çayın şimalından keçir. Çay axımının tam formalaşması Samur – Abşeron kanalının baş suötürücü qovşağı məntəqəsində bitir. Bu məntəqədə çayın orta çoxillik sərfi 75m3/s, yəni 2.362km3 təşkil edir.
C.e.d.Rəna Qaşqay