AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Ziyafət Ağayevin “Lənkəran təbii vilayəti çaylarının su ehtiyatları və səmərəli istifadəsi” adlı kitabı dərc edilib.
Monoqrafiyada müxtəlif üsullardan istifadə etməklə Azərbaycan Respublika ərazisinin cənub-şərqində yerləşən Lənkəran təbii vilayətinin çaylarının axımın əmələgəlmə şəraiti, çoxillik tərəddüdləri təhlil edilib, antropogen amilləri və müasir iqlim dəyişmələrinin regional təzahürlərini nəzərə almaqla onların su ehtiyatları və ekoloji axım kəmiyyətlərinin qiymətləndirilməsi ilə yanaşı onlardan səmərəli istifadə yolları müəyyən olunub.
Monoqrafiya bu sahədə fəaliyyət göstərən mütəxəsislərlə yanaşı, müvafiq istiqamətdə təhsil alan doktorantlar, magistrantlar və bakalavrlar üçün də faydalı ola bilər.