Akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya Şurasının iclasında Ülkər Allahyar qızı Babayeva 2508.01 – "Geoekologiya" ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran fiziki-coğrafi vilayətində təbiətdən istifadənin yaratdığı ekoloji-coğrafi problemlər və onların həlli yolları” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.
Ülkər Babayevanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.