AMEA Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevin Beynəlxalq Dəniz Günü münasibəti ilə "Бакинский рабочий" qəzetində müsahibəsi dərc edilib.
“Море пяти берегов” (“Beş sahil dənizi”) başlığı altında dərc olunmuş yazıda coğrafiyaçı alim Xəzər dənizinin özəllikləri, səviyyəsinin kəskin dəyişməsinin səbəbləri və buna təsir edən amillər, səviyyə dəyişkənliyin sahilətrafı ərazilərdə yaşayan əhalinin həyat şəraitinə təsiri, onun Azərbaycanın iqtisadiyyatına vurduğu zərərlər, qabaqcadan proqnozlaşdırması və s. haqqında geniş məlumat verib.
Yazı ilə daha ətraflı buradan tanış olmaq olar: https://br.az/earchive/2022/2022-09-29.pdf