AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında Məsud Gülalı oğlu Alməmmədli 5409.01 “Geomorfologiya” ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Talış dağlıq sistemində relyefin mühit əmələgətirici amillərinin ekogeomorfoloji şəraitə təsirinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edib.
Gizli səsvermə yolu ilə M.Alməmmədlinin coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.