Rauf Əmənov dissertasiya işini müdafiə edib 2022-04-21 18:09:00 / ELMİ İCLASLAR

 AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının iclasında   Rauf  Rizvan oğlu Əmənov  5401.01 “İqtisadi coğrafiya” ixtisasında  coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Quba-Xaçmaz iqtisadi rayonunda əhali məskunlaşmasının CİS mühitində tədqiqi” mövzusunda yazdığı dissertasiya işini müdafiə edib.

Gizli səsvermə yolu ilə R.Əmənovun coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AR Prezidenti yanında AAK  qarşısında vəsatət qaldırılması  barədə qərar qəbul edilib.