AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya və təbii risklər şöbəsinin elmi işçisi Ceyhun Qasımovun “Məsafədən zondlama məlumatlarından istifadə etməklə Xəzər dənizi səviyyə dəyişməsindən asılı olan sahillərin dinamikasının aşkarlanması (Kür geomorfoloji rayonu timsalında)” adlı məqaləsi Çexiya-nın beynəlxalq nüfuzlu “Acta Geodynamica et Geomaterialia” jurnalında çap edilib.
Məqalədə Xəzər dənizi səviyyəsinin tərəddüdü ilə əlaqədar müxtəlif illərdə (1976-2019) sahil zonasının Kür geomorfoloji yarımvilayətində baş verən tallasogen proseslər (abraziya və akkumulyasiya) kosmik şəkillərin emalı əsasında təhlil edilmişdir. Gələcək 10 və 20 il üçün bəhs edilən ərazidə sahillərin inkişaf proqnozu hesablanmışdır.