Rusiyanın Sankt-Peterburq Ekoloji təhlükəsizlik Beynəlxalq Elmlər Akademiyasının "Xəbərlər" nəzəri və elmi-praktiki jurnalında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - t.e.ü.f.d. İsmayıl Zeynalov, c.e.ü.f.d., dosent Ülkər Mahmudova, laborantlar Elvira Piriyeva və Vüsalə İbrahimovanın müştərək yazdıqları “Azərbaycan respublikasının radiasiya təhlükəsizliyinin qiymətləndirilməsində iqlim-coğrafi qanunauyğunluqları” adlı məqaləsi dərc edilib.
Məqalədə Azərbaycanın bir sıra iqlim-coğrafi qanunauyğunluqlarını nəzərə alınaraq, təcrübələr əsasında ğötürülən radioaktiv tullantıların yayılmasının aşkar edilməsi üsulları araşdırılıb. Belə ki, atom elektrostansiyalarında radioaktiv situasiyaların çoxalması risklərinin artması nəticədə radionuklidlərin yaranaraq yağıntılarla tökülməsinə və çirkləndirici maddələrin lokal, regional və qlobal miqyasda yayılmasına gətirib çıxarır. Bu faktorlar radioaktiv tullantıların partlayış yerindən uzaq olan başqa dövlətlərin ərazisində düşməsinə səbəb olur.