Kitabda relyefin genetik tipləri və formaları, yeni və müasir tektonik hərəkətlər və dərəcələri təyin olunmaqla relyefin morfostruktur xüsusiyyətləri dərəcəsi təsvir olunur. Relyefin inkişaf tarixi, ərazinin geomorfoloji rayonlaşması, Naxçıvan MR-ın və Cənubi Azərbaycanın relyefinin bəzi xüsusiyyətlərinin müqaisəli səciyyəsi verilir....
Neotektonikanın öyrənilməsinin şərhində müəllif həmin mərhələnin başlanğıcının müəyyən edilməsinə dair mübahisəli rnəsəbyə öz münasibətini bildirir. O, ərazinin yeni tektonik hərəkətlərinə aid əsas göstəriciləri şərh etınəklə həmin hərəkətlərin tarixini işıqlandırır. Müəllif burada müasir relyefin inkişafı və formalaşması tarixində ayrı-ayrı hadisələrin səbəb-nəticə əlaqəsini aşkar ...
Kitabda Quba-Xaçmaz iqtisadi rayonunda təbii sərvətlərin yayılması, istifadəsi və mühafizəsi məsələləri təhlil olunmuş, əhalinin və istehsalın ərazi təşkilində baş verən problemlər və onların aradan qaldırılması yolları müəyyən edilmiş, istifadə edilmiş materialların müxtəlif səpkidə (coğrafi, iqtisadi, ekoloji, sosial və s.) təhlili aparılmışdır. Kitabda bazar münasibətlərinin formalaşdığı bir dö...
Monoqrafiya Böyük Qafqazın cənub yamacındakı nival-subnival, dağ-çəmən, dağ-meşə, dağətəyi maili düzənlik landşaftlarının, eləcə də, təbii-texnogen geokimyəvi landşaft sistemlərinin ekoloji-geokimyəvi xüsusiyyətlərinin tədqiqinə həsr olunmuşdur. Əsərdə dağ geosistemlərindəki mövcud geokimyəvi şəraitin canlı orqanizmlərin, o cümlədən, insanların sağlamlığına təsiri araşdırılaraq tədqiq olunan əraz...
Kitabda qlobal su çatışmazlığı probleminə geniş yer verilir. Burada su ehtiyyatları və beynəlxalq hüquq transsərhəd çayların dövlətlərarası münaqişələrə səbəb olması, geosistemdə su ehtiyatlarının rolu və s. məsələlər dərindən və hərtərəfli təhlil edilmişdir. Əsas yeri Azərbaycan Respublikasının su ehtiyatları və onların istifadəsi ilə bağlı yaranmış vəziyyət araşdırır və təkliflər verilir. Bakı, ...
Avropanın sosial-iqtisadi inkişaf səviyyəsinə görə seçilən ölkəsinin - Almaniyanın coğrafiyasına həsr edilmiş bu kitab Azərbaycan dilində ilk dəfə təqdim olunan iri həcmli dərs vəsaitidir. Kitab – Almaniyanın coğrafi mənzərəsini əks etdirir. Avropa Şurasına bərabərhüquqlu üzv kimi daxil olan Azərbaycan Respublikasının Avropaya inteqrasiyası baxımından regionun ən inkişaf etmiş ölkələrindən birinin...
“Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” adlı kitab ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərlərdir. Kitabda Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyasına, demoqrafik inkişaf və əhalinin məskunlaşma xüsusiyyətlərinə həsr olunan bu tədqiqat əsərində əsasən ölkənin m...
Kitabda Azərbaycanın timsalında siyasi fəaliyyətin inteqral coğrafi mühitlə qarşılıqlı əlaqəsi prosesində yaranan problemlər – dövlət ərazisinin formalaşması və siyasi-coğrafi səciyyəsi, ərazi idarəetmə, coğrafi-litoloji, coğrafi-etnoqrafik, geoiqtisadi, elektoral-coğrafi və s. problemlər müəyyən edilərək təhlil olunmuş, ölkəmizin geopolitik mövqeyi, eləcə də strateji potensialı elmi əsaslarla qiy...
Kitabda məskunlaşma vahidlərinin davamlı inkişafı və təsərrüfat sahələrinin fəaliyyətinin təmin edilməsi üçün Kür-Araz ovalığında baş verən təbii-dağıdıcı hadisələrin yayılma arealları və intensivliyi, onların baş vermə səbəbləri, təkrarlanması və dağıdıcı gücü, dəyən ziyanların azaldılması, qabaqlayıcı və mühafizə-müdafiə tədbirlərinin görülməsi haqqında məlumat verilir. Əsər iqtisadi coğrafiya ...
Təbii fəlakətlərin öyrənilməsinin əsas istiqamətləri, bəşəriyyətin təbii fəlakətlərə münasibətin təkamülü, onların tədqiqinin əsası və sosial aspektləri təbii fəlakətlərin iqtisadi və sosial coğrafi istiqamətdə öyrənilməsi üçün çox vacibdir. Məhz bu baxımdan təbii fəlakətlərin tədqiqində iqtisadi coğrafi metodlardan istifadə və ərazinin coğrafi qiymətləndirilməsi kimi problemlərin öyrənilməsinə ki...
Əmir Əliyev Xəzərdə süni torpaq sahələrinin yaradılması haqqında ARB24 kanalına müsahibə verib
Mirnuh İsmayılov Ekoetika verilişində palçıq vulkanlarından danışıb
Əmir Əliyev Xəzərin quruması haqqında BAKU TV-yə müsahibə verib
Ənvər Əliyev Xəzərə axıdılan çirkab sular haqqında İctimai TV-yə müsahibə verib