Coğrafiya İnstitutunun “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda keçirilmiş elmi-praktiki konfransın materialları nəşr edilib. 488 səhifədən, 5 bölmədən ibarət kitaba iqtisadi və fiziki coğrafiya, hidrometeorologiya, əhali coğrafiyası və turizm və rekreasiya coğrafiyasına aid 49 elmi məqalə daxil edilib. © Bütün hüquqlar ...
4 fəsildən ibarət monoqrafiyada müasir iqlim dəyişmələri ilə bağlı güclü istilərin şəhər əhalisinin sağlamlığına göstərdiyi mənfi təsirlər, eləcə də isti iqlim şəraitində Azərbaycan ərazisində malyariya xəstəliyinin epidemiyasına təsir edən iqlim amilləri tədqiq edilib. Abşeron yarımadasında güclü istilər və isti hava dalğaları, onların şəhər əhalisinin sağlamlığına və ölüm hallarının artmasına tə...
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun sabiq direktoru, görkəmli okeanoloq alim, Dövlət mükafatı laureatı, “Akademik Ramiz Məmmədov haqqında xatirələr” kitabı çapdan çıxıb. Kitaba Coğrafiya İnstitutu əməkdaşlarının, akademikin alim həmkarlarının, dost-tanışlarının, ailə üzvlərinin alimlə bağlı xatirələri, ürək sözləri daxil edilib. Nəşrdə, həmçinin R.Məmmədovun həyat və yaradıcılığı ilə...
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun biblioqrafiyası çap edilib. Biblioqrafik göstəricidə coğrafiyaçı-hidroloq alimin elmi-ictimai fəaliyyəti və elmi əsərlərinin siyahısı əks olunur. Biblioqrafik vəsait coğrafiya, hidrometeorologiya sahəsində çalışan...
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun Azərbaycan Dövlət Mükafatı və H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf Məmmədovun 90 illik yubileyi münasibəti ilə alimin həyatına və elmi fəaliyyətinə həsr olunmuş xatirə kitabı çapdan çıxıb. Baş redaktoru Coğrafiya institutunun baş direktoru, c.e.d. Zakir Eminovun, tərtib...
600 səhifə və 5 fəsildən ibarət monoqrafiyada Azərbaycanda kənd əhalisinin məskunlaşmasının müasir vəziyyəti və demoqrafik inkişaf problemləri təhlil edilir. Kitabda son dövrlərdə baş verən demoqrafik proseslərin dinamikası, ona təsir edən amillər və əsas nəticələr öz əksini tapıb. Kitabın “Kəndlərin demoqrafik inkişafinin əsas istiqamətləri” fəslində əhalinin sayının dinamikası, milli tərkibi,...
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu”üçcildliyinin sonuncu, Regional Coğrafiya adlanan 3-cü cildi çapdan çıxıb. Birinci və ikinci cildlərdə olduğu kimi, üçüncü cildin də ideya müəllifi və məsləhətçisi akademik Akif Əlizadə, baş redaktorları akademiklər Ramiz Məmmədov və Nizami Cəfərov, buraxılışına məsul mərhum, dosent Məhərrəm Həsənovdur. ...
AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə “Mastering Spatial Data Analysis Inside the GIS Setting" (CİS parametrlərində məkan məlumatları təhlilinin mənimsənilməsi) adlı dərs vəsaiti çap edilib. Avstraliyalı professor Əliəkbər Rəsuli, akademik Qərib Məmmədov və dosent Mətanət Əsgərovanın həmmüəllif olduqları “Məkan məlumat...
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Avstraliya alimi prof. Dr. Əliəkbər Rəsulinin “Praktik peyk görüntülərinin emalı” kitabı ingilis dilində nəşr edilib. Kitab Azərbaycanda şəkillərin klassik emalının bütün mərhələlərini özündə əhatə edən ilk dərs ləvazimatıdır. Verilənlərin məsafədən zondlama üsulu ilə emalının əsasını təşkil edən prin...
AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin akademik üzvü, AMEA-nın fəxri üzvü, professor Dr. Əliəkbər Rəsulinin birgə müəllifliyi ilə "Peyk şəkillərinin ilkin təhlili" adlı kitab nəşr edilib. Peyk şəkillərinin təhlili üzrə məlumat əldə etmək məqsədilə hazırlanmış dərslik coğrafiya və ekoloji menecment ...
Zakir Eminov İTV-nin "Sabaha saxlamayaq" verlişində əyilən binalardan danışıb.
Zaur İmrani Gənclərin İnkişaf Mərkəzinə doktoranturanın və dissertanturanın əhəmiyyəti haqqında müsahibə verib
Əmir Əliyev Xəzərin 2050-ci ilə qədər səviyyəsinin azalması haqqında ASAN TV-yə müsahibə verib
Əmir Əliyev Xəzərdə süni torpaq sahələrinin yaradılması haqqında ARB24 kanalına müsahibə verib