2000
Kitabda “Azərbaycanın fiziki vəiqtisadi coğrafiyası“ bölmələri verilir. Kitabda ardıcıl olaraq ölkənin fiziki-coğrafi komponentləri təhlil edilir. Sonra isə təbii vilayətlər və onlara daxil edilən rayonlar haqqında qısa danışılır.
“Azərbaycanın iqtisadi və sosial coğrafiyası” bölməsinin əsas hissəsini son illər respublikanın iqtisadi həyatında baş vermiş dəyişikliklər, aparılan iqtisadi islahatların gedişi üzrə məlumatlar tutur. Azərbaycanın dünya təsərrüfat sisteminə qoşulması, onun ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusilə neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi istiqamətləri göstərilir. Burada təsərrüfat sahələrinin yenidən qurulması istiqamətində bir çox mülahizələr verilmişdir.
Kitabda verilmiş sosial infrastruktur hissəsində son dövrlərdə əhalinin həyat şəraitinin pisləşməsinin səbəbləri və onların yaratdığı mənfi nəticələr araşdırılır. Azərbaycanın əhalisinin sayı haqqında rəqəmlər 1998-ci ilin əvvəli üçün, kənd təsərrüfatı üzrə olan məlumatlar 1996-cı il üçün, digər göstəricilər 90-cı illərin əvvəli üçün verilmişdir. Bəzi məlumatların hansı ilə aid olması mətndə verilmişdir.
Məlumat kitabı ilk növbədə coğrafiya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. O, həmçinin orta ümumtəhsil məktəblərinin, ali məktəblərin müəllimləri və şagirdlər üçün də faydalı ola bilər. Ayrı-ayrı coğrafi proses və hadisələr, xüsusilə dünyada son dövrlərdə baş verən dəyişikliklər haqqında materiallar az olduğuna görə onlara daha geniş yer verilir.
Bakı, 2000. 194 səh.